Moskva Paşinyana cavab verdi: “Azərbaycan-Ermənistan sərhədlərinə rus əsgərləri yerləşdirilə bilməz”

1628176740 1744544778 0 314 3080 2047 1920x0 80 0 0 6f579b64b1e0079c09d7cd941012223a

“Beynəlxalq hüquqi sənədləşmənin olmaması və tərəflərin etimad göstərməməsi səbəbindən Rusiya Ermənistan-Azərbaycan sərhədində sərhədçiləri yerləşdirə bilməz”.

araz.az ovqat.com-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov deyib.

Onun sözlərinə görə, sərhəddə davamlı deeskalasiyasına yalnız Ermənistanla Azərbaycan arasındakı sərhədin sonrakı demarkasiyası ilə delimitasiya işlərinə dərhal başlamaqla nail olmaq olar.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya üz tutub Azərbaycanla sərhədlərə rus ordusunun yerləşdirilməsini xahiş etmişdi. Əks halda ATƏT-ə və ya başqa beynəlxalq qurumlara eyni məzmunda çağırış göndərəcəyini bildirmişdi. Paşinyanın bu çağırışına Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov müsbət cavab versə də, üzərindən xeyli keçməsinə baxmayaraq, İrəvanın bu istəyi həyata keçirilməmişdi. İndi isə Rusiya XİN-dən gələn cavab, yəqin ki, Paşinyanı xəyal qırıqlığına uğradacaq. Amma onun ATƏT və ya NATO qüvvələrinə eyni müraciəti də bənzər cavablandırılmağa məhkumdur. Çünki istənilən dövlətin və ya ittifaqın əsgərləri müəyyənləşdirilməmiş sərhədin harasında dayana bilərlər? Paşinyanın deyəsən o müraciəti ünvanlayanda yaddan çıxardığı bu sual indi məntiqi cavabını alır.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər