"Ramin Bayramlı bir dəfə çağırıb o alimlərdən soruşmadı ki, bu virus nədir?!"

bandicam 2021 09 14 20 53 01 418

“Bu barədə daha əvvəl də fikrimi bildirmişəm. Azərbaycanda Virusologiya İnstitutunda iki yüzdən çox alim işləyir. Amma Ramin Bayramlı pandemiya dönəmində bir dəfə çağırıb o alimlərdən soruşmadı ki, bu virus nədir?! O,  əvvəldən TƏBİB-ə sədr seçilməməli idi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında tibb elmləri namizədi Rəşid Mahmudov bildirib.

O, TƏBİB-in İdarə Heyətindəki dəyişiklik barədə bunları qeyd edib:

“Azərbaycanda Səhiyyə Nazirliyi fəaliyyət göstərdiyi halda TƏBİB-ə nə ehtiyac vardı? Bütün suallara və məsələlərə Səhiyyə Nazirliyi cavab verməlidir. Səhiyyə Nazirliyi ola-ola işlər TƏBİB-ə həvalə edilib. Pandemiya dövründə bu işlə nazirlik məşğul olmalı idi. Koronavirusla mübarizədə fərqli sahələrdən olan həkimlərin xidmətindən istifadə edildi. Bu, düzgün istiqamət deyil. Bütövlükdə TƏBİB-in fəaliyyətindən narazıyam. Ona görə də, dəyişikliyin nəticəsi barədə fikir bildirə bilmirəm”.

Aygül Qarayeva
Demokrat.az

Əlaqəli xəbərlər