Gömrükçülər and içdi

IMG_FC3812-874B54-FC19F2-9A17AE-ABA1B0-0D1772.jpg

Mayın 9-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş və Akademiyada təşkil olunan 5 həftəlik hazırlıq təlimlərini uğurla başa vurmuş əməkdaşlar üçün andiçmə mərasimi keçirilib.

Araz.az xəbər verir ki, mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, müvafiq strukturların rəhbərləri, xidmətə yeni qəbul olunmuş gömrük əməkdaşları, Akademiyanın tələbələri və onların valideynləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət himninin ifa olunması ilə başlayıb. Sonra təlimləri uğurla başa vuran 139 əməkdaş Gömrükçü Andı içib vəhərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum gününə təsadüf edən Gömrükçü Andının əhəmiyyətinə toxunub, gömrükçülərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Komitə sədri vurğulayıb ki, gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər.

Səfər Mehdiyev müstəqil Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna nəzər salaraq, gömrük sistemində əldə edilən böyük uğurların məhz ulu öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olduğunu qeyd edib. Bu gün Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayan DGK sədri gənc gömrük əməkdaşlarına tövsiyələrini verib, onları ilk növbədə vicdanlı olmağa, öz vətənini dərindən sevməyə, ölkə qanunlarına riayət etməyə, Heydər Əliyev amallarına sadiq qalmağa səsləyib.

Sonra çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində keçirilən andiçmə mərasiminin əhəmiyyətindən danışıb, Ulu öndərin apardığı dövlət quruculuğu siyasətinin nəticəsi olaraq Azərbaycan gömrüyünün ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan, dünya gömrük ailəsinin etibarlı tərəfdaşına çevrilən təkmil bir təsisat olduğunu diqqətə çatdırıb. Qulu Novruzov gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün Akademiyada təşkil olunan hazırlıq təlimlərinin əsas məqsədinin dinləyicilərə xidməti fəaliyyətləri üçün zəruri olan bilik və peşə vərdişlərinin aşılanmasından ibarət olduğunu bildirib. Dərslərə Dövlət Gömrük Komitəsinin strukturlarının rəhbərləri və aparıcı mütəxəssisləri, o cümlədən Akademiyanın professor-müəllim heyətinin cəlb edildiyini vurğulayan Akademiyanın rəisi təlimlərin sonunda dinləyicilərin əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsinin keçirildiyini, uğurla bu təlimləri başa vuran və and içən gənc gömrükçülərə xidməti fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra çıxış edən veteran gömrükçü Əfqan Əliyev, valideynlər, müdavimlər və tələbələr ümummili lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasındakı əvəzsiz xidmətlərindən, Prezident İlham Əliyevin dövlətçiliyimizin gücləndirilməsi və ölkəmizin iqtisadi inkişafı istiqamətində atdığı mütərəqqi addımlardan danışıb, gənclərə göstərilən dövlət qayğısından, gömrük sahəsindəki yeniliklərdən məmnunluqla bəhs ediblər.

Sonra mərasim bədii hissə ilə davam etdirilib.

Araz.az

Əlaqəli xəbərlər