"4 YUMURTA, PENDİR VƏ ÇAYA 40 MANAT VERDİK” - “Viləş”dən narazı qaldılar - FOTO

F8ABF55D CD1B 4C39 B80A 2580E23A6BED

Sonra da deyirlər Azərbaycanda turizm inkişaf eləmir, nə bilim, ölkəmizə turist axını yoxdur... Dövlət Turizm Agentliyinin başbilənlərinin iştirakı ilə telekanallarda oxşar mövzuda saatlarla müzakirə açılır. Anlamıram, bəs bu, "inkişaf" deyil?

Masallıya istirahətə gedən Bakı sakini "Viləş Palace Hotel”dəki qiymətdən narazı qalıb. "Qafqazinfo” xəbər verir ki, Yusif Məhəmmədoğlu sosial şəbəkədə status yazaraq istirahət mərkəzinin vergidən yayındığını, müştərilərə qəbzin təqdim olunmadığını qeyd edib.

Eyni zamanda, o, 4 yumurta, 1 pendir və çay üçün 40 AZN ödədiyini bildirib: "Masallı rayonunda yerləşən "Viləş Palace” MMC- də, yəni el dili ilə desək Viləş İstirahət Mərkəzində səhər yeməyi yedik. Şəkildə də gördüyünüz kimi 4 yumurta (1- i yeyilib), bir pendir və bir çaynik çay. Bu da edir 40 manat. Yediyimizə görə qəbz tələb etdik. Vermədilər və dedilər ki, otel yeməyə görə qəbz vermir. Deməli, bu da vergidən yayınmadır.

Sonra dedilər ki, səhər yeməyi bir adam üçün 10 manat, uşaqlar üçün isə ödənişsizdir. Belədirsə, deməli, biz 10 manat ödəməli idik. Axı deyirlər, uşaqlara pulsuzdur. Uşaqların anası da yeməyib.

3 yumurta ye və 40 manat ödə. Bəxtimiz orda gətirdi ki, biz orda nahar etmədik. Yəqin ki, 400 manat alacaqdılar. Yumurtanın biri 20 manat olan istirahət mərkəzində bir şiş kabab da 200 manat olar. Yazdım ki, məlumatınız olsun ki, yolunuz buralara düşsə, "Viləş”dən uzaq durun. Bizi aldatdılar, heç olmasa siz aldanmayın”.

Əlaqəli xəbərlər