31 mart soyqrımı ilə bağlı İslam Demokrat Rartiyasının (AİDP) sədri Tahir Abbaslının açıqlaması

Tahir Abbasli01

"SSRİ-nın süqutu Qafqaz respublikalarında milli azadlıq hərakatının baş verməsi və əsrin əvvəlindəki, hadisənin yenidən təkrarlanması, Rusiyanın Erməni etnosuarxasında gizlənərək, hadislərin və cinayyətlərin içində Rusiya olduğunu ortaya qoyur".

Bismilləhir rahmənir rahim Bu gün Erməni daşnaklarının 1918-ci ildə Azərbaycan Türklərinə qarşı aparılan soyqrımndan 102 il keçir. Bu tarixə qayıtmaqla 1988 - 1990 illəri müqayisə etmək istətirəm. 1917- ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabından sonra Qafqaz xalqlarının ilk olaraq Gürcüstan, 2-ci Ermənistan müstəqil Xalq Cumirriyətini elan elədi. Bununla da yeni hakimiyyətə gəlmiş bolşeviklər təzəcə müstəqilliyini elan etmiş Qafqaz ölkələrini yenidə işğal etdi. Rusiyanın Azərbaycanı yenidən işğalı prosesində Ermənilərlə Azərbaycanlılar arasında milli ədavət salınaraq, Azərbaycanın bir çox torpaqlarını bu planda arxada əsas rol alan Ermənilərə pay verdi. Zəngəzurda, Sisyanda, Dərələzdə, Ağ Kilsədə, Paşalıda, Vedidə, Naxçıvanda və Türkiyə razisində yerləşən Azərbaycanlıların sıx yaşadığı İqdırda Andranikin (lən) başçılığı ilə saysız -hesabsız Azərbaycan Türkü qətlə yetirilmişdir. Eyni ilə də bu hadisə Bakıda, amaxıda, Gəncədə, Qubada və Azərbaycanın digər bölgələrində bu cür vəhşiliklər təkrarlanmışdır.
Hər il mart ayının 31-ni bu hadisə yada salınsa da, nədənsə siyasilərimiz əsl həqiqəti xalqdan gizlədirlər. SSRİ-nın süqutu Qafqaz respublikalarında milli azadlıq hərakatının baş verməsi və əsrin əvvəlindəki, hadisənin yenidən təkrarlanması, Rusiyanın Erməni etnosarxasında gizlənərək, hadislərin və cinayyətlərin içində Rusiya olduğunu ortaya qoyur. Bu hadisələrə tarixçilərimiz, ziyalılarımız siyasi qiymət verərək, Rusiyanın Erməni maşası ilə xalqımızın başına gətirdiyi fəlakətləri və Azərbaycanın ərasindən qopardığı torpaqları gələcək nəsillərə olduğu kimi çatdırmaq lazımdır. Tarixinn gerçəklilərini doğru - dürüst bilmədikdə baş vermiş hadisələrdə atılacaq strateji addımları müəyyən etmək olmur. Siyasilərimiz isə bölgəmizdə Rusiyanın siyasi təsirindən öz hakimiyyətləri marağına çəkilərək, həqiqəti Erməni pərdəsi arxasında hələ də gizlədir. Və anlamadan zəif, sayca bizdən qat - qat aşağı olan və dünyada yaltaq kimi tanınan Erməniləri "qəhraman" kimi sırımaqdadırlar..
Bu cür təbliğat kökündən yanlışlıqdır. Xalqımız bir mənalı olaraq bilməlidir ki, istər əsrin əvvəlində və istərsə də əsrin sonunda Rusiya Azərbaycanda mili azadlıq hərakatı başlacaq, eyni seniarini həyata keçirərək,Qafqaz ölkələrini təsirində saxlamışdır. və saxlamaqdadır Xalqımız bu günkü 31 mart Azərbaycan Türklərinin soyqrımı gününü xatırlayanda əsil düşmənini Rusiya imperilizmini və onun maşası olan Ermənilərin milliyyətçi daşnakstyun partiyasını unutmamalıdır. Həqiqət qaranlıqda işıq saçan Ay kimidir. Əgər bu həqiqətlərin bilməsək tarixin qaranlıq yolları ilə qarşılaşdıqda nə edəcəyimizi bilmərik. https://www.facebook.com/photo.php?fbid=1385970334920072&set=a.279565942227189&type=3&theater

Əlaqəli xəbərlər