ASTARADA İCRA NÜMAYƏNDƏSİ İLƏ BAĞLI ŞOK İDDİALAR: KRİMİNAL YÖNLÜ TƏHDİDLƏR VƏ ƏXLAQ NORMALARINA ZİDD ƏMƏLLƏR — “KRİMİNAL AVTORİTETLƏR ZƏNG EDİB…”
Astara rayonunun Şahağacı kənd icra nümayəndəsi Samir Mailovun adı növbəti dəfə qalmaqallı hadisələrdə hallanır. Arazpress.com-un redaksiyasına daxil olan və ölkə rəhbərliyinə, eləcə də hüquq-mühafizə orqanlarına ünvanlanan şikayət məktubunda dövlət məmurunun vətəndaşları kriminal aləmin adından istifadə edərək hədələdiyi, keçmişdə cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq, yenidən vəzifəyə gətirildiyi və etik davranış qaydalarını…
Read More »Uğurbəylidən gələn bir atanın fəryadı: “Dünyanı eşitməyən oğlumu iki tibb müəssisəsi arasında futbol topu kimi oynadırlar!” – REDAKSİYADAN SƏRT ETİRAZ
Səhiyyə sisteminin “kar” bürokratiyası: İki xəstəxana arasında qalan səssiz dünya və pozulan hüquqlar Həyatın ən ağır sınaqlarından biri səssizlikdir — Dünyanın bütün rənglərindən, doğmalarının səsindən məhrum olmaq, ömür boyu heç bir səsi eşitmədən yaşamaq… Bərdə rayonunun Uğurbəyli kənd sakini, 2008-ci il təvəllüdlü Nuruşov Sənan Vüqar oğlunun taleyi məhz bu səssizliklə…
Read More »Bələdiyyə sindromu: “Beton cəngəlliyin” gizli xəritələri — Kağız səltənəti, daşınmaz əmlak kontoru kimi tanınan “orkestrin dirijoru” haradadır, axtarırıq?
Torpaq ana olmaqdan çıxıb kvadratmetrlərlə ölçülən əmtəəyə çevriləndə, yerli özünüidarəetmə də xalqa xidmət edən qurum yox, səyyar daşınmaz əmlak kontoruna çevrilir. Beton divarlar arasında vətəndaşın haqq səsi boğulursa, deməli, sistemdə böhran var Bu məqalədə toxunduğumuz məsələlər Azərbaycanda yerli özünüidarəetmə sisteminin ən ağrılı və ictimaiyyəti ən çox narahat edən tərəfləridir. Bələdiyyələrin…
Read More »Elmin Vətəni olmur, amma, Vətənin hər zaman elmə ehtiyacı var — PROFESSOR MƏHƏMMƏDƏLİ RAMAZANOVUN ƏZİZ XATİRƏSİNƏ
Bu sözlər sadəcə gözəl bir ifadə forması deyildi. Bu kəlamda elmin mahiyyəti, alimin məsuliyyəti və Vətən qarşısındakı mənəvi borcunun dərin fəlsəfəsi birləşirdi. Elm bəşəriyyətə məxsusdur, onun sərhədləri yoxdur. Lakin hər bir ölkənin öz elmi potensialını yaratmağa, inkişaf etdirməyə və milli tərəqqisini elmin gücü ilə təmin etməyə ehtiyacı var. Məhəmmədəli müəllimin…
Read More »ASLANLI MUSEUM: Sənətin, sosial məsuliyyətin və yaradıcılığın qovuşduğu məkan
“Sənət yalnız yaradıcılıq deyil, həm də insanlara yeni həyat imkanı verməkdir” — Gülçin ASLANLI Mədəniyyət yalnız sənət nümunələrini nümayiş etdirmək deyil, həm də insanlara yeni imkanlar qazandırmaq, istedadları üzə çıxarmaq və cəmiyyətin inkişafına töhfə verməkdir. Bu prinsiplə fəaliyyət göstərən ASLANLI MUSEUM – Mədəniyyət və Yaradıcılıq Mərkəzi qadınların və gənclərin yaradıcılıq…
Read More »İran müharibə astanasında: Artıq ABŞ və İsrail arasında razılıq var — İslam ölkəsinin rəhbər şəxsləri də hədəfdə olacaq
Əgər danışıqlar uğursuz olarsa, ABŞ-da keçiriləcək seçkilərdən sonra İrana genişmiqyaslı hücum bərpa ediləcək. Arazpress.com xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, məsələ ilə bağlı artıq ABŞ və İsrail arasında razılıq əldə olunub. Mümkün hücum əməliyyatları İran rəhbərliyinə, enerji obyektlərinə,…
Read More »Daşa yazılan dörd müqəddəs ad, Vətənə fəda olunan dörd yarımçıq ömür: QURSALININ ŞƏHİDLİK SALNAMƏSİ
Bu ömür və ad sahibləri əslən Qərbi Azərbaycanın Pəmpək mahalının Hamamlı (indiki Spitak) rayonundakı Qursalı kəndindəndirlər. 44 günlük Vətən müharibəsində döyüş yolları Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdən keçib. Şəhidlik zirvəsinə ucalan bu dörd qəhrəman eloğlumuzun şərəfli ömür yolları, qəhrəmanlıq dolu savaş tarixləri Qursalının şəhidlik salnaməsinə çevrilib. Hər birinin ölümündən…
Read More »Bakı sakini ərizəsində ədliyyə nazirinə çağırış etdi: “Qanun 2 ay vaxt qoysa da, bu tələbi pozan Suraxanı İcra Şöbəsi 5 aydır hərəkətsizdir, aliment sənədlərim batıb”
Bakıda azyaşlı övladına aliment ala bilməyən ana — Vəfa Habil qızı İsmayılova aidiyyatı icra qurumlarının fəaliyyətsizliyindən və qanun pozuntularından şikayətçidir. O, əlacsızlıqdan mətbuat vasitəsilə ədliyyə naziri Fərid Əhmədova ünvanladığı açıq müraciət xarakterli ərizəsində kömək istəyərək, azyaşlı övladının hüquqlarının qorunmasını, Suraxanı Rayon İcra Şöbəsinin fəaliyyətsizliyinin araşdırılmasını və borclunun qısa müddətdə tapılaraq…
Read More »Dünənin laqeydliyi, bugünün narahatlığı və sabahın məsuliyyəti — NƏBİ RAMAZANLI YAZIR
Nəbi RAMAZANLI, texniki elmlər üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis, QAİ-nin Hamamlı İcmasının sədri Gecə saatlarıdır… Ş. Aydınoğlu Vahabzadənin səhifəsində Kamil Cəlilovun ifasında Mirzə Xəzərin Xəlil Rza Ulutürkün “Davam edir 37” şerinə qulaq asa-asa bu yazını yazmağı qərara aldım. İnsan bəzən günün səs-küyündən uzaqlaşanda, düşüncələri ilə baş-başa qalanda dünənlə bu gün…
Read More »AQC qiymətləndiricilərin ixtisas imtahanına növbəti hazırlıq kursuna qəbul elan edib
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qiymətləndiricilərin ixtisas imtahanına hazırlaşan şəxslər üçün növbəti hazırlıq kursunun təşkilinə başlayır. AQC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən Arazpress.com-a daxil olan məlumata görə, qiymətləndirmə fəaliyyəti üzrə bilik və bacarıqlarını təkmilləşdirmək, ixtisas imtahanına sistemli və məqsədyönlü şəkildə hazırlaşmaq istəyən şəxslər kursda iştirak edə bilərlər.…
Read More »









