
Ölkədə heç kim Ramiz Mehdiyevin Rusiyanın 1 nömrəli agenti olduğuna şübhə etmir. Uzun illər Rusiya Azərbaycanın daxilindəki 5-ci kalonu ona həvalə etmişdi. O, dövlət vəzifələrindən yararlanaraq, agentura şəbəkəsini ölkənin başına çıxarmışdı. Komandası bütövlükdə Rusiya imperiyasına xidmət edən şəxslərdən ibarət idi.
İndi nə baş verib ki, haqqında cinayət işi qaldırılır? Açılmış cinayət işinin maddələri çox ağırdır. Bizi düşünməyə vardar edən isə, ,,hakimiyyəti zorla ələ keçirmək” maddəsidir.
Ramiz Mehdiyev icraçıdır. Heç vaxt birinci şəxs olmağa can atmayıb və indiki yaşında birinci şəxs olmaq istəməsi də real görünmür. Sadəcə olaraq, Rusiyadan verilən əmrləri yerinə yetirir.
Demək imperiya Azərbaycanda hakimiyyət dəyişikliyi etmək üçün hərəkətə keçib. Təbii ki, birinci şəxs kimi gördüyü adam agentura şəbəkəsinin ən önəmli simalarından biri olmalıdır. Komanda üzvü kimi nəzərdə tutulanlar da 5-ci kalonun sadiq əməkdaşlarıdır.
Əlbəttə, Rusiyanın birinci şəxs kimi nəzərdə tutduğu adamın kim olması maraqlıdır. Lakin indiki məqamda ad çəkmək doğru olmaz. Lakin hərənin öz versiyası ola bilər. Analitik təfəkkürlü adamlar Rusiyanın kimlərin üzərində iş qurma ehtimalı olduğunu bilir. Bu “xəmir hələ çox su aparacaq”.
İlqar ATABƏYLİ
araz.az xəbər portalı.