Möhtəşəm futbol oyunu: Çempionlar Liqasında belə hesab olmayıb
PSJ – “Bavariya” matçı Çempionlar Liqasının tarixinə düşüb. Arazpress.com bildirir ki, yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən görüşdə Paris klubu 5:4 hesabı ilə qalib gəlib. Yəni qapılara ümumilikdə 9 qol vurulub. Bu, turnirin tarixində yarımfinal mərhələsində bir oyunda qeydə alınan ilk belə nəticədir. Məlumatı “Opta Sports” yayıb. 1959/1960 mövsümündə Çempionlar…
Read More »Mikayıl Cabbarovun “Sabah”ı: Futbol klubu ilə bağlı MARAQLI FAKTLAR
Misli Premyer Liqasının 28-ci turunda “Qarabağ”a 0-1 hesabı ilə qalib gələn “Sabah” klubunun çempionluğu təmin etdiyi düşünülür. Artıq indidən klubla bağlı Avropa xəyalları qurulur, “Sabah”ın Çempionlar Liqasında “Qarabağ”ın uğurlarını təkrarlaya bilib-bilməyəcəyi müzakirə olunur. Bu arada isə sosial şəbəkələrdə komandanın necə yaranması və maliyyə dəstəkçisinin kimliyi ilə bağlı müzakirələr səngimir. Arazpress.com-un…
Read More »“Combat” Peşəkar Döyüş Liqasının prezidenti Ruslan Məmmədov “III dan fəxri qara kəmər”lə təltif olundu
Paytaxtda baş tutan XI ARPACHAY OPEN beynəlxalq karate turniri çərçivəsində “Combat” Peşəkar Döyüş Liqasının prezidenti Ruslan Məmmədov idmana göstərdiyi dəstəyə və verdiyi töhfələrə görə Azərbaycan Karate Federasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev tərəfindən “III dan fəxri qara kəmər”lə təltif edilib. Arazpress.com bildirir ki, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ARPACHAY OPEN…
Read More »Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək
30–31 yanvar və 1 fevral 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində baş tutacaq karate yarışında 10-dan çox ölkədən idmançıların iştirakı gözlənilir. Təşkilatçı qurumdan Arazpress.com-a daxil olan məlumata görə, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ənənəvi “ARPACHAY OPEN” beynəlxalq karate yarışına hazırlıq işləri yüksək səviyyədə davam edir. Beynəlxalq turnir Azərbaycan Respublikası Gənclər…
Read More »Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib
15 yanvar 2025-ci il tarixində Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib. Bu barədə Azərbaycan Respublikasının Atçılıq Federasiyasından Arazpress.com-a daxil olan məlumatda deyilir ki, dünyanın nüfuzlu qış idman tədbirlərindən biri hesab olunan bu mötəbər turnirdə peşəkar komandalar qalibiyyət uğrunda mübarizəyə başlayıb. İdman ictimaiyyətinin böyük maraqla izlədiyi…
Read More »Çövkən Qırmızı dəniz sahilində: Marsa Alam beynəlxalq arenaya çevrildi!
Misirin Qırmızı dəniz sahilində yerləşən Marsa Alam kurort şəhərində çövkənə həsr olunmuş beynəlxalq idman-turizm festivalı keçirilmişdir. Bu barədə Azərbaycan Respublikasının Atçılıq Federasiyasından Arazpress.com-a daxil olan məlumatda bildirilir ki, tədbir Misirin idman turizmini inkişaf etdirmək və yeni idman növlərini beynəlxalq səviyyədə tanıtmaq strategiyası çərçivəsində təşkil olunmuşdur. Festivalın təşkilati və idman proqramının…
Read More »Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR
Dünən “Arpaçay” İdman Birliyinin geniş tərkibdə iclası keçirilib. Birlikdən Arazpress.com-a daxil olan məlumata görə, iclasda rəhbərliyi, İdarə Heyətinin üzvləri, Azərbaycan idman ictimaiyyətinin görkəmli nümayəndələri və media təmsilçiləri iştirak ediblər. “Arpaçay” İdman Birliyinin prezidenti Əli Əsgərov tədbirdə giriş nitqi ilə çıxış edərək, qonaqları salamlayıb və iclası açıq elan edib. Daha sonra “Arpaçay”…
Read More »“İmarət” stadionunun tikintisinə 60 milyon manat ayrıldı: 2 ildən sonra “Qarabağ” klubu ev oyunlarını Ağdamda keçirəcək
Gənclər və İdman Nazirliyinin Ağdam şəhərində “İmarət” stadionunun tikinti işlərinin birinci mərhələsi ilə bağlı elan etdiyi tenderin qalibi müəyyənləşib. Arazpress.com xəbər verir ki, dövlət tərəfindən Ağdam şəhərində inşa olunacaq “İmarət” stadionunun tikintisi üçün ilkin mərhələdə 30,4 milyon avro (60,5 milyon manat) vəsait ayrılıb. Layihə çərçivəsində müasir standartlara cavab verən stadion…
Read More »Daşkəsəndə məktəblilər arasında basketbol turniri keçirilib — FOTOLAR
“AzerGold” QSC və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin təşkilatçılığı ilə Daşkəsən rayonunda məktəb komandaları arasında basketbol turniri keçirilib. QSC-nin mətbuat xidmətindən Arazpress.com-a daxil olan məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Elm və Təhsil Nazirliyinin Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin…
Read More »Futbol üzrə dünya çempionatının püşkatma mərasimi baş tutub — QRUPLAR
ABŞ-nin paytaxtı Vaşinqtonda 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi baş tutub. Arazpress.com xəbər verir ki, mundialın iştirakçı komandaları 12 qrupa bölünüb. Tarixdə ilk dəfə 48 ölkənin yığmasının iştirak edəcəyi turnirin qrupları aşağıdakı kimidir: A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika, pley-off qalibi. B qrupu: Kanada, İsveçrə, Qətər,…
Read More »









