
Misli Premyer Liqasının 28-ci turunda “Qarabağ”a 0-1 hesabı ilə qalib gələn “Sabah” klubunun çempionluğu təmin etdiyi düşünülür. Artıq indidən klubla bağlı Avropa xəyalları qurulur, “Sabah”ın Çempionlar Liqasında “Qarabağ”ın uğurlarını təkrarlaya bilib-bilməyəcəyi müzakirə olunur. Bu arada isə sosial şəbəkələrdə komandanın necə yaranması və maliyyə dəstəkçisinin kimliyi ilə bağlı müzakirələr səngimir.
Arazpress.com-un xəbərinə görə, “Sabah” futbol klubunun yaranması iqtisadiyyat naziri Mikayıl Cabbarovun təhsil naziri olduğu 2017-ci ilə təsadüf edir. Belə ki, o təhsil naziri olarkən “Sabah” qrupları layihəsini yaradıb, klubun adı da oradan gəlir. Hətta klubun ilk loqosu da “Sabah” qruplarının loqosuna bənzəyirdi.
Abşeron rayonunun Masazır qəsəbəsini təmsil edən “Sabah”ın adı isə SAvadlı, BAcarıqlı və Hazırcavab sözlərinin ilk hərflərinin birləşməsindən yaranıb. Mikayıl Cabbarovun hazırda da kluba himayədarlıq etdiyi bildirilir. /Savashmedia.az/
araz.az xəbər portalı.