PSJ – “Bavariya” matçı Çempionlar Liqasının tarixinə düşüb. Arazpress.com bildirir ki, yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən görüşdə Paris klubu 5:4 hesabı ilə qalib gəlib.

Yəni qapılara ümumilikdə 9 qol vurulub. Bu, turnirin tarixində yarımfinal mərhələsində bir oyunda qeydə alınan ilk belə nəticədir. Məlumatı “Opta Sports” yayıb.

1959/1960 mövsümündə Çempionlar Kubokunun yarımfinalında “Ayntraxt” “Reyncers”i 6:3 hesabı ilə məğlub edib. Lakin həmin vaxt turnir fərqli formatda keçirilirdi.

araz.az xəbər portalı.