Gənclər və İdman Nazirliyinin Ağdam şəhərində “İmarət” stadionunun tikinti işlərinin birinci mərhələsi ilə bağlı elan etdiyi tenderin qalibi müəyyənləşib.

Arazpress.com xəbər verir ki, dövlət tərəfindən Ağdam şəhərində inşa olunacaq “İmarət” stadionunun tikintisi üçün ilkin mərhələdə 30,4 milyon avro (60,5 milyon manat) vəsait ayrılıb.

Layihə çərçivəsində müasir standartlara cavab verən stadion kompleksinin inşa olunması nəzərdə tutulur.

Məlumata görə, tikinti işlərinin 2028-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Yeni stadion istifadəyə verildikdən sonra “Qarabağ” klubu uzun illərdən sonra ev oyunlarını doğma şəhəri Ağdamda keçirmək imkanı əldə edəcək. /apasport.az/

 

araz.az xəbər portalı.