
Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub. Arazpress.com bildirir ki, bu barədə Gununsesi.info-ya vəkilin özü deyib.
Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar:
”Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi”.
Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb:
”İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.



araz.az xəbər portalı.