Azərbaycan ordusunda 20 ildən çox xidmət etmiş, Vətən Müharibəsi iştirakçısı, ehtiyyatda olan Baş gizir Famil Namaz oğlu Ruşanov Ukraynada gedən müharibədə itkin düşüb.

Arazpress.com bildirir ki, bunu hərbi bloqer Tofiq Şahmuradov bildirib.

Məlumata görə, Ruşanov Famil Namaz oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada itkin düşüb, 5 aya yaxındır yaxınları ondan xəbər ala bilmir.

Hərbi bloqer bildirib ki, o 25-ci ordunun tərkibindəki 37-ci alayın tərkibində döyüşlərdə iştirak edib.

Qeyd edək ki, Vətən Müharibəsi iştirakçısı, Baş gizir Famil Ruşanov “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. 

araz.az xəbər portalı.