
“İdrak” liseyində şagirdin müəlliməni güllələməsi sıradan hadisə deyil. Bu, ölkədə illərdir yığılan və günbəgün daha da dərinləşən problemlərin ortaya çıxardığı fəsaddır.
— Azərbaycanda sürətlə kastalaşma prosesi gedir — kim olduğun yox, kim doğulduğun əsas sosial fakta çevrilib, sosial ədalətsizlik, gələcək perspektivin olmaması və dərin təbəqələşmə aqressiyanı o qədər qidalandırıb ki, ümidini itirən gənclər zorakılığı özünüifadə vasitəsi kimi görməyə başlayıblar. Qədim Hindistanda baş verən hadisələr indi ölkəmizdə yaşanır – xalq şudralara (fəhlələrə), məmurlar və varlı insanlar isə dalitlərə (toxonulmazlara) çevrilir. Kasıb insanlar sürətlə yoxsullaşır, varlı insanlar isə daha da varlanır. Varlı ailələrin, məmurların övladları özəl-pullu liseylərdə, kasıbların övladları isə dövlət məktəblərində təhsil alırlar. Bu durum sosial təbəqələşməni legitimləşdirib və gələcəkdə varlının kasıb, kasıbın da varlı yaxını olmayacaq. Təsadüfi deyil ki, bu gün vəzifələrə gətirilən gənclər ya kimlərinsə qohumudur, yaxınıdır, ya da kiminsə tələbə yoldaşıdır. Bu “kruq”a düşən bircə nəfər də olsun kasıb adam yoxdur.
— Azərbaycanda kriminal durum pik həddə çatıb — silah, zorakılıq və aqressiya gündəlik davranış modelinə çevrilir. Küçədə, məktəbdə, ailədə zor dili adi ünsiyyət vasitəsi kimi qəbul olunur. Dövlət təsisatları profilaktik yox, faciə baş verəndən sonra müdaxilə edən strukturlara çevrilib. Məhkəmə-hüuq sistemi iflic olub, ədalətsizlik o həddə çatıb ki, insanlar prolemlərini həll etmək üçün məhkəmələrə deyil, “vor”lara üz tuturlar. Çünki insanlar problemlərinin “vor”lar tərəfindən daha ədalətli şəkildə həll olunacağına, haqqı hüquqla yox, güc və zorla almağın daha effektiv olduğuna inanırlar. Bu da kriminal düşüncəni legitimləşdirib.
— Azərbaycanda korrupsiya sistemli və xaotik şəkildə tüğyan edir — Harada kimin nə qədər toxunulmaz olduğu bilinmir. Qanun hamı üçün işləmədiyi mühitdə zorakılıq alternativ mexanizmə çevrilir. Bu xaotik korrupsiya mühiti təhsildən də yan keçmir. Müəllim nüfuzu, məktəb intizamı, psixoloji nəzarət mexanizmləri formal xarakter daşıyır. Nəticədə məktəb tərbiyəedici institut olmaqdan çıxır və cəmiyyətin bütün xəstəliklərini içində daşıyan məkana çevrilir.
Cəzasızlıq mühiti o qədər daşlaşıb ki, ölkədə xalq sabaha olan ümidini itirib. Korrupsioner məmur həbs edilir, amma oğlu yüksək vəzifədə saxlanılır, büdcənin yüz milyonlarla vəsaitini talayan məmur qısa müddət sonra azadlığa çıxır, ardınca məhkəməyə üz tutur və müsadirə olunan əmlaklarını da geri qaytarır. Və xalq bütün bunları görür. Məmurlar, onların övladları, yaxınları, iş adamları və onların yaxınları Bakını talan ediblər, bahalı restoranlar, villalar, yüz minlərlə dəyəri olan maşınlar, açıq-saçıq müğənnilərin həyatları, onların kosmetik xərcləri sosial şəbəkələrdə, efirlərdə nümayiş olunur, nəticədə azyaşlıların, gənclərin təhtəlşüuru darmadağın hala gəlir, hər kəs daha asan yolla varlanmağın yolunu axtarır. Ölkədə narkomaniya və narkotik maddələrin dövriyyəsinin, fahişəliyin tüğyan etməsinin də əsas səbəbi məhz bu amillərlə bağlıdır.
Bütün bu problemlər ölkədə daxili riski maksimuma çatdırıb. Və bu problemərin həllini həyata keçirmək Təhsil nazirinin işi deyil, o, bu faciələrin vitrininə qoyulan günahkalardan biridir. Emin Əmrullayev orta məktəb direktoru olacaq səviyyədə adam deyil, amma ölkənin Təhsil naziridir. O, strateji düşüncəyə, milli təfəkkürə sahib kadr da deyil. Qərb təhsilli, varlı ailələrin, hansısa modern “kruq”ların ölkəmizə sırıdığı məmurlar Azərbaycanı fəlakətə aparır.
İndi məlum olur ki, “İdrak” liseyinin binası Bəylər Eyyubovun iki ay əvvəl həbs olunan qardaşı oğlu Ruslan Eyyubova məxsusdur. Yazdıqlarımın doğru olduğun isbatlamağa ehtyac qalmır. Eyyubovlar ölkəni talan ediblər, ölkənin ən kriminal adamları da bu ailəin üzvləri olublar, ölkənin ən böyük pul kütləsi də məhz Eyyubovlardadır. Biz, adam deyilik? Yaşamayaq bu ölkədə?!
Açığı, dövlətə, dövlət başçısına qarşı yönələn təxribatların, sabotajlarında məhz və daha çox Eyyubovlardan qaynaqlandığını düşünürəm.
Azərbaycandan İraqa, oradan da Avropaya, ABŞ-a qədər milyardların sahibi olan Eyyubovların ən sıravi və kiçik üzvü olan “Rabo” Bakının altını üstünə çevirib. Həbsdə olan keçmiş Baş prokuror Eldar Həsənova məxsus “Tonqal” restoranını de-fakto ələ keçirib. Bütün şəhər bu adamın evlərinin, maşınlarının sayından danışır. O qədər harınlayıblar ki, qaynatası, “ictimai nəzarət koalisiyası” adlı qondarma ictimai birliyin sədri Rasim Məmmədovun “atmadığı” adam qalmayıb. R. Məmmədov əli cibində ölkənin nazirlərini söyürdü və nəticədə yerə yıxıb sürüyə-sürüyə həbsə atdılar. Şalvarına işəmişdi. Amma çifayda! Yenə də azadlıqda və öz mənfur işlərini davam etdirməkdədir.
İndi bir adam çıxıb izah edə bilərmi ki, “İdrak” liseyinin və NATO-nun loqoları nə üçün eynidir? Biz, bu liseydə NATO-ya əsgər yetişdiririk, yoxsa nə?! Dəst-xətt də eynidir, məktəblərdə şagirdlər tərəfindən silahlı hücumlar daha çox ABŞ-da olur. Bu presedentlər kimə və nə üçün lazımdır?!

Samir FEYRUZOV
araz.az xəbər portalı.