
Son günlər sosial şəbəkələrdə və mesajlaşma platformalarında “Araz supermarket 15-ci ildönüm hədiyyələri” adı ilə saxta kampaniya yayılmaqdadır.
Bu barədə şirkətin mətbuat xidmətindən Arazpress.com-a daxil olan məlumatda deyilir ki, həmin saxta elanlarda istifadəçilərə linklər təqdim edilərək, guya, “15-ci ildönüm hədiyyələri” çərçivəsində müxtəlif mükafatlar, o cümlədən mobil telefonlar qazanmaq təklif olunur.
Şirkət rəsmi olaraq bildirir:
• “Araz supermarket 15-ci ildönüm hədiyyələri” adlı kampaniya tamamilə saxtadır;
• Bu məlumatların “Araz” supermarketlər şəbəkəsi ilə heç bir əlaqəsi yoxdur;
• Paylaşılan linklər dələduzluq məqsədi daşıyır və şəxsi məlumatlarınız üçün təhlükə yaradır.
Diqqət!
“Araz” supermarketlər şəbəkəsinin adından istifadə edilərək, yayılan bu tip mesajlar vətəndaşların aldadılmasına yönəlib.
Vətəndaşlara tövsiyə olunur:
• Bu cür linklərə daxil olmayın;
• Şəxsi və bank məlumatlarınızı paylaşmayın;
• Bu mesajları silin və yayılmasının qarşısını alın.
“Araz” supermarketlər şəbəkəsi bütün kampaniyalarını yalnız rəsmi sayt və sosial media hesabları vasitəsilə elan edir.
araz.az xəbər portalı.