
ABŞ İran ərazisində bir sıra strateji hədəflərə qarşı hava və dəniz əməliyyatları həyata keçirib. Arazpress.com bildirir ki, bu barədə İran mediası məlumat yayıb. Həmin məlumatlarda Vaşinqtonun hadisələri “müharibənin yenidən başlanması” kimi qiymətləndirmədiyi bildirilir.
Məlumata görə, hazırda Tehran da daxil olmaqla bir neçə bölgədə intensiv hücumlar davam edir. İran paytaxtında partlayış səslərinin eşidildiyi və hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi qeyd olunur.
ABŞ qüvvələrinin İranın ən böyük liman şəhərlərindən olan Qeşm və Bəndər Abbas istiqamətində də zərbələr endirdiyi bildirilir. Hədəflər arasında hərbi obyektlər və dəniz infrastrukturu olduğu iddia edilir.
araz.az xəbər portalı.