
Hərə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Avropa Universal Döyüş Federasiyasının prezidenti, əczaçılıq elmləri namizədi, ehtiyatda olan hərbi zabit, general-mayor Natiq Əliyevi bir cür təqdim edir. Bu, ictimaiyyətin diqqəti yenidən “Tərtər hadisələri”nə yönələrkən, həmin işdə adları keçən generallar arasında onun adı olarkən də belə oldu.
Arazpress.com bir media vasitəsi olaraq bu yazısıyla, 1964-cü ilin avqust ayının 26-da Qərbi Azərbaycanın Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olan bu şəxsi elin fəxri, tanınmış həkim kimi təqdim edənlərə qarşı da deyil. Yaxşı bilirik ki, 1970-ci ildə ilk təhsilinə başlayan, 1982-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Tibb İnstitutunun Əczaçılıq fakültəsidə təhsil alan Natiq Əliyev sonradan ona etibar edilmiş rəis vəzifəsi ilə yanaşı, digər işlərin öhdəsindən gələ bilib və buna görə ölkə başçısı tərəfindən təltif olunub. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında idmanın inkişafındakı xidmətlərinə görə təltif etdiyi şəxslər arasında general-mayor Natiq Əliyev də olub. Dövlət başçısının sərəncamına əsasən, o, “Əməkdar həkim” fəxri adına layiq görülüb.
Bizə maraqlı gələn odur ki, nüfuz sahibi belə bir general nədən onun adından sui-istifadə edən cinayətkar bir şəbəkə üzvlərinə qarşı indiyədək qətiyyət sərgiləməyib — nə olsun ki, onların başçıları qarışıq, bəzilərinin onunla qohumluq əlaqəsi var. Buna görədir ki, bu təhlükəli “klan” ətrafında birləşənlərin hər biri “ağına-bozuna baxmadan” törətdiyi istədiyi oyundan asan çıxa, öncədən planlaşdırdığı ağlagəlməz bəd əməlini hər güncdə, hər bucaqda çəkinmədən həyata keçirə bilir. Bunun nə demək olduğunu, bu mövzuda dərc olunan son yazımızı oxumağınız bəs edər: link – https://arazpress.com/?p=16168

Bəli, bu barədə çox yazılarımız olub. Hörmət əlaməti olaraq, həmin yazılarda generalın adını açıq şəkildə qeyd etməmişik. Ayrı-ayrı epizodlarda ötəri olaraq “əslən Qubanın Digah kəndindən olan Rusiya vətəndaşı Alibek Kurbanovun nəzarətindəki bu cinayətkar şəbəkə, başçısının qohumuluq əlaqələri yaratdığı nüfuzlu bir generalın adından sui-istifadə edir” yazmaqla kifayətlənmişik. Lakin etibarımızı qazanan məlumatlı mənbə tərəfindən redaksiyamıza bu general barəsində şok yaradan yeni bir məlumat ünvanlanıb. Məcburiyyət tələbi bu yazını verməyimizin əsas səbəbi kimi ortaya çıxıb. Çünki bu dəfə məsələ təkcə hərbi cinayətlər deyil, həm də generalın illərdir gizli saxladığı və “ssenarisi” təəssüf hissi doğuran “ailə dramını” yaradan şəxsi həyatıdır.
Məlum “Tərtər işi”ndə general Natiq Əliyevin rolunun “tibbi örtük” kimi qələmə verildiyini çoxları bilir. O, bu qanlı hadisələr zamanı işgəncə ilə öldürülən hərbçilərin ölüm faktlarını gizlətməkdə, saxta tibbi rəylər (məsələn, “ürək çatışmazlığı”) təşkil etməkdə ittiham edilib. Onda zərərçəkənlər israrla onun həbsini tələb etsələr də, general azadlıqda qalıb. Lakin ortaya çıxan yeni faktlar göstərir ki, onun “saxtakarlıq bacarığı” təkcə hərbi sənədlərlə məhdudlaşmayıb. Hətta iki qadın da, bu generalın “xəyanət zəncirində” olmazın əzab çəkib. Yəni, Natiq Əliyev iki qadını eyni anda aldadaraq, uzun zamandır paralel həyat yaşayıb. İndi də elə. Bir tərəfdə rəsmi nikahda olduğu və hələ də sevgi etirafları etdiyi qanuni həyat yoldaşı, digər tərəfdə isə qeyri-rəsmi nikahda yaşadığı Könül Hacıyeva.
Ən şok məqam isə 2024-cü ildə baş verib. Məlum olub ki, Natiq Əliyev qanuni həyat yoldaşının xəbəri olmadan ondan boşanıb və dərhal Könül Hacıyeva ilə rəsmi nikaha girib. Həyat yoldaşı isə elə bilib ki, onlar evlidirlər və general ona sadiqlik nümayiş etdirir. Generalın tələsik şəkildə nikah masasına oturmasının arxasında isə ciddi bir mənfəət marağı dayanıb.
Məlumata görə, Könül Hacıyevanın qızı Nuranın Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədovun oğlu İsgəndərlə ailə qurması üçün, bu “ailə görüntüsü” hava və su kimi lazım olub. Qarşı tərəfə Nuranın “general qızı” olduğu təqdim edilib və bu nüfuzu qorumaq üçün Natiq Əliyev rəsmi sənədlərdə “nümunəvi ailə başçısı” rolunu oynamaq məcburiyyətində qalıb.

Hüquqi və mənəvi məsuliyyət çərçivəsində indi bir sual ortaya çıxır: Dövlət əhəmiyyətli hərbi cinayətlərdə – yüzlərlə hərbçinin qanına bais olan bir hadisədə adı hallanan şəxs, eyni zamanda, öz ailəsini və yaxınlarını belə saxta nikahlar və yalanlarla aldada bilirsə, onun verdiyi tibbi rəylərə ölkəmiz üçün çox həssas keçən o dövrdə necə inanmaq olardı?
Tərtər qurbanlarının ailələri bildirirlər ki, həm hərbi, həm də mənəvi baxımdan aşınmış bu cür şəxslərin qanun qarşısında cavab vermə vaxtı çoxdan çatıb. Çünki, generalın həm “Tərtər işin”dəki “tibbi manipulyasiyaları”, həm də şəxsi həyatındakı “nikah oyunları” artıq istintaqın və ictimaiyyətin ciddi nəzarəti altına keçir…
…Keçək, son yazımızda barəsində məlumat verdiyimiz Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Referans Medical Group” daxilində fəaliyyət göstərən “Leyla Medical Center”də aparılan yoxlamaya. Yoxlama zamanı klinikada ciddi nöqsanların aşkar edildiyi məlum olub. Klinikada həkim adı altında fəaliyyət göstərən Sevda Kurbanova (Ağazadə) Alibekovna əslində, stomatologiya şöbəsində koordinator vəzifəsinə təyin edilsə də, cari olaraq praktik tibb fəaliyyəti ilə məşğul olub.
Buna görə də, rəsmi adı “Dünya Estetik Azərbaycan” olan şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, klinika 6000 manat məbləğində cərimələnib. Sevda Kurbanova barəsində isə İXM-nin 215.1-ci maddəsi üzrə protokol tərtib edilib. Bu maddədə ali və ya orta ixtisas tibb təhsili, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin praktik tibb fəaliyyəti göstərməsindən bəhs edilir. 2 saylı Bakı Baza Tibb Kollecinin məzunu olan Sevda Kurbanova sertifikasiya şəhadətnaməsi olmadan pasiyentlərə tibbi xidmət göstərib.

Qeyd edək ki, aşkarlanan bu cür ciddi nöqsanlara baxmayaraq, “Dünya Estetik Azərbaycan”ın, yəni kosmetik adı “Leyla Medical” olan şirkətin rəhbərliyi heç nəyi vecinə almır. Heç Sevda Alibekovnanın kefinə dəyən də yoxdur. Özünün dediyi kimi, öz işində, öz gücündədir. Məlum maddələrin tələbləri, 6000 manat cərimə də onu narahat etmir. Çünki onun möhkəm güvənc yeri var və Natiq Əliyev kimi nüfuz sahibi bir general arxasında dağ kimi dayanıb.
Ümumiyyətlə, adını çəkdiyimiz cinayətkar şəbəkənin başçısı Alibek Kurbanovun ətrafına topladığı əlaltıları ilə birgə qorxub-çəkinmədən müxtəlif qanunsuz əməllər törətməsi də, əsas günahkar olaraq, birbaşa generalın çiyninə yazılır. Araşdırmalarımız zamanı əldə etdiyimiz son məlumatlar da, yazılarda göstərilən faktların həqiqət olmasına şübhə yeri qalmadığını bir daha təsdiq edir.
Mövzu ictimai əhəmiyyət kəsb etdiyi və hansısa dövlət məmurunun nüfuzunun qorunması məqsədi daşıdığı üçün, bu yazının dərc olunmasını vacib bildik. Çünki istefada olan generalın nüfuzu ilə “reket” oyunu, onların general Natiq Əliyevin adını hər addımda bir təzyiq vasitəsi kimi hallandıraraq, məhkəmə icraçılarını, sadə vətəndaşları və dövlət məmurlarını qorxutmağa çalışması qəbuledilməzdir. General adını ləkələyən bu cinayətkar şəbəkənin bəd əməlləri mütləq hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Natiq Əliyevi isə onlara qarşı qətiyyətli olmağa çağırırıq.
Yazının davamı olacaq. Bizi izləyin.
Məhi ELSEVƏR
araz.az xəbər portalı.