Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin eks-sədri Saleh Məmmədovun xaricdəki biznes fəaliyyəti ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb.

Arazpress.com AzPolitika-ya istinadən xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edib.

Jurnalistin təqdim etdiyi məlumata görə, S. Məmmədov Almaniyada şəriklik əsasında ümumilikdə 47 mənzildən ibarət 2 yaşayış binasının tikintisini həyata keçirir. Layihənin ümumi investisiya dəyəri 13-15 milyon avro civarında qiymətləndirilir.

C. Həsənli bildirib ki, rəsmi tikinti planına əsasən, yaşayış binalarının 2027-ci ilin yayında və ya sonlarında tam təhvil verilməsi nəzərdə tutulub. Jurnalist paylaşımına layihəyə aid orijinal fotosənədləri də əlavə edib.

Xatırladaq ki, Saleh Məmmədov 2017–2026-cı illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

S. Məmmədov yayılan məlumatla bağlı hər hansı açıqlama verməyib. 

 

araz.az xəbər portalı.