
“Bakı Şəhər İcra Hakimiyyətinin baçşısı Eldar Əzizovun aprelin ortalarında Bakıda yağan leysanın törətdiyi fəsadlarla bağlı mətbuata verdiyi açıqlama məni təəccübləndirmədi. Çünki Eldar Əzizov hamının bildiyini deyib.
Şəhərin inzibatı təsərrüfatının indiki acınacaqlı durumuna təkcə şəhər merliyi məsuliyyət daşımır. Digər əlaqədar qurumlar da, yol infrastrukturuna cavabdeh olanlardan tutmuş, kommunal təsərrüftlaradək hamının məsuliyyəti var. Bunun da kökündə baş alıb gedən korrupsiya, rüşvət və cəsazılıq dayanır”.
Arazpress.com bildirir ki, bu fikirlər AMİP liderinin köməkçisi Əli Orucova məxsusdur. AMİP funksioneri daha sonra deyib:
“Keyfiyyətsiz və standartlara uyğun yol, su-kanalizasiya xətti çəkənlər hələ də məsuliyyətə cəlb edilməyib. Həmin görülmüş yarıtmaz işlərə rəy verib, onu təhvil alanlar haqq-hesaba çəkilməyib. Hər il də Bakıda yolların çəkiməsinə, təmirinə, abadlaşdırılmasına, həmçinin şəhər təsərrüfatının qurulmasına və yenilənməsinə dövlət büdcəsindən milyonlrla vəsait ayrılır.
Heç kəsə sirr deyil ki, həmin vəsaitin böyük həcmi aidiyyatı üzrə xərclənməyərək, ayrı-aryı yüksək rütbəli şəxlər tərəfindən mənimsənilir. Heç ünvana çatmadan pay-püşt edilir. Mer deyir ki, su-kanalizasiya xətlərinin modernləşdirilməsinə 2 il lazımdır. Halbuki, o, eyni sözləri 2021-ci ildə də deyib. Üzərindən 4 il vaxt keçib, amma “köhnə hamam, köhnə tas”dır. Yeni tikilən yaşayış və ticrət komplekslərinə, müxtəlif təyinatlar üzrə layihələrinə rüşvət hesabına rəy verən dövlət yetkiləri şəhərin kanalizasiya sisteminin həddindən artıq yükələnəciyini çox yaxşı bilirdi.
Bakı şəhərinin probelmlərini təkcə icra hakimiyyəti Eldar Əzizovun çözə biləcəyi problem deyil. Bu kompleks yanaşma tələb edir. Leysan yağışların yağması zamanı yeraltı keçid və tunellərin bağlanması kimi ağlasığmaz təklifi də, məhz, şəhər merinin əlacsızlığından irəli gəlir. Özü də çox yaxşı anlayır ki, o, Azərbaycan reallığında Bakını xilas edəcək gücdə deyil.
Bütün bu kimi problemlərin həlli isə, bələdiyyələrə geniş səlahiyyətlərin verilməsindən keçir. Dəfələrlə deyilib, dəfələrlə vurğulanıb ki, Bakının idarəçiliyini məmurlardan alıb, onun sakinlərinə vermək lazımdır. Bakı sakinləri azad və şəffaf şəkildə öz merini seçməklə, ondan nəyisə tələb edə və müsbət nəticə əldə edə bilər.
Əvvəl Hacıbala Abutalibov uzun müddət başçı oldu, nə dəyişdi ki, Eldar Əzizov da nəyisə dəyişə bilsin?
Tutaq ki, sabah başqa birisi həmin vəzifəyə təyin olunsa da, Bakıdakı açınacalı durum, yağışdan, qardan sonra yaranan mənzərədə heç nə dəyişməyəcək. Təkcə qınaqların, tənqidlərin, hiddət və etirazların yönəldiyi ad və soyadlar dəyişəcək”.
araz.az xəbər portalı.