
Yeni dövrdə dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi və müttəfiqlik nümunəsinə çevrilən Türk Dünyasına, Türk Birliyinə inteqrasiyanın dərinləşdirilməsi Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün, ölkənin bütün dövlət strukturlarında bu istiqamətdə olduqca önəmli işlər həyata keçirilir. Ölkəmizin reallaşdırdığı, müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanan bu möhtəşəm siyasəti çərçivəsində bölgələrimizin və yaşayış məntəqələrimizin bu birliyə töhfəsi daim xatırlanandır.
Üçüncü böyük şəhərimiz olan Sumqayıtda da bu yöndən böyük layihələrə əsaslanan işlər həyata keçirilir. Belə effektiv işlərin nəticəsidir ki, hazırda bu birliyin güclənməsində Sumqayıtın rolu getdikcə daha da artır.
Sözsüz ki, bu vacib işlərin uğurla həyata keçirilməsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rolu danılmazdır. Məhz buna görə də, şəhər rəhbərinin bu sahədə alqışalayiq fəaliyyəti yüksək qiymətləndirilib.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən şəhər rəhbəri Zakir Fərəcov “Türk Dünyasında ilin adamı” Beynəlxalq Diplomuna layiq görülüb və “Türk Birliyi” (“Turan”) Medalı ilə təltif olunub.
Qurumun Rəyasət Heyətinin 17 mart, 2025-ci il tarixli, 03 saylı Qərarı ilə icra başçısı bu yüksək mükafatları qazanıb.
“Araz” Media Qrupunun kollektivi də, icra başçısı Zakir Fərəcovu bu münasibətlə səmimi qəlbdən təbrik edir, rəhbər fəaliyyətində böyük uğurlar arzulayır.
araz.az xəbər portalı.