
Milli hökumətimizin devrilməsindən 105 il keçir.
Kremlin diktəsi ilə 1920-ci il 28 aprel işğal gününü düz 70 il bayram günü kimi qeyd etmişik.
İki böyük iblisin – Vladimir Leninin və İosif Stalinin rəhbərlik etdiyi qırmızı bolşevik hərəkatı (və ya sosialist inqilabı) 20-ci əsrin vəbası, taunu idi.
Ümumiyyətlə, 20-ci yüzillik insanlıq tarixində qanlı və yırtıcı ideologiyaların (kommunizm, faşizm, maoizm və s.) hökmranlıq etdiyi dövr kimi iz qoyub. Bu ideologiyalar millətlərin və gənc dövlətlərin başının üzərini qorxunc kabus kimi almışdı.
Bizim gənc Cümhuriyyətimiz də kommunizmin (rus bolşevizminin) qurbanına çevrildi.
Bu acı tarixi heç vaxt unutmamalıyıq.
Dövlətimizi, dövlətçiliyimizi göz bəbəyimiz kimi qorumalıyıq.
Türk-İslam dünyasında ilk Cümhuriyyətin qurucusu olmaq həqiqətən də şərəfli və böyük missiyadır!
Bəybala MİRZƏYEV
araz.az xəbər portalı.