Paytaxtın Nəsimi rayonunda böyük söküntülər başlayır. Söhbət “Papanin” kimi tanınan məşhur Cəlil Məmmədquluzadə küçəsindəki həyət evlərindən və ona yaxın məhəllələrdən gedir.

Artıq siyahıyaalınma prosesinə start da verilib.

Arazpress.com-un əldə etdiyi məlumata görə, aparılacaq söküntü ilə bağlı hər m²-ə görə əhaliyə veriləcək kompensasiyanın məbləği 2700 manat müəyyən edilib. Bu məbləğ isə, əhali arasında ajiotaj və hədsiz narazılıq yaradıb.

Əlaqədar qurumlar tərəfindən, illərdir gözlənilən söküntüyə artıq bu ilin payız ayına yaxın başlanacağı barədə məlumat verilib. Məlumatın rəsmi olması mülk sahibləri arasında narazılığı getdikcə daha da artırır. 

Məhi ELSEVƏR, 

araz.az xəbər portalı.