Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dünən 2-ci məhəllə deyilən ərazidə şəhər sakinləri ilə növbəti səyyar görüşünü keçirib. Arazpress.com bildirir ki, başçının qəbulunda iştirak edənlər bu önəmli tədbirin nəticəsinin daha effektiv olacağını xüsusi olaraq vurğulayıblar. Çünki şəhər rəhbəri qəbulunda olan hər kəsi axıradək dinləyib və problemlərinin dərhal həlli üçün ciddi tapşırıqlarını verib. 

Ölkə mətbuatının da qeyd etdiyi kimi, bu səyyar qəbulun əsas məqsədi vətəndaşların müraciətlərini yerində araşdırmaq, onların sosial və məişət problemlərinə operativ şəkildə reaksiya vermək olub. Görüş zamanı şəhər rəhbərliyinə ünvanlanan müxtəlif məzmunlu suallar və təkliflər birbaşa dinlənilib.

Tədbirdə İcra Hakimiyyətinin məsul əməkdaşları, eləcə də şəhərdə fəaliyyət göstərən müvafiq xidmət və təşkilatların rəhbərləri – kommunal sektor, məşğulluq, səhiyyə, təhsil və sosial müdafiə qurumlarının nümayəndələri də iştirak ediblər.

Bir daha qeyd edək ki, Zakir Fərəcov sakinlərin hər bir müraciətinə fərdi yanaşıb, əksər məsələlərin dərhal həlli üçün yerində tapşırıqlar verib. Digər müraciətlərlə bağlı isə aidiyyatı təşkilatlara tapşırıqlar verilib və nəzarətə götürülüb.

İcra başçısı görüş zamanı vətəndaşlara problemlərinin diqqət mərkəzində saxlanılacağını və tezliklə cavab tədbirlərinin görüləcəyini də vəd edib. Qeyd olunan sosial məsələlərlə bağlı konkret tapşırıqlar verilib.

Arazpress.com bir daha xatırladır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti mütəmadi olaraq səyyar görüşlər keçirir. Daha doğrusu, bu cür görüşlər ənənəvi xarakter alıb və şəhər əhalisi ilə birbaşa təmasın artırılmasına, onların gündəlik həyatında üzləşdikləri çətinliklərin daha çevik həllinə xidmət edir.

araz.az xəbər portalı.