İlham Əliyevdən qardaş ölkə ilə bağlı strateji mesaj: Gözlənilən yenilik təsdiqləndi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Müsahibə bir çox baxımdan diqqət çəkib. Ümumiyyətlə, müsahibənin ayrı-ayrı hissələrinə diqqətlə baxdıqda, Bakının Daşkəndlə münasibətlərə yalnız ikitərəfli əlaqələr kontekstində deyil, daha geniş regional və geosiyasi baxımdan yanaşdığı görünür. Ölkə başçısı müsahibədə qeyd edib ki, “Dövlətlərarası münasibətlər son illər…
Read More »Bakı “yox” cavabı verdi, CNN iddia yaydı – İkinci dəfə hədəfə gətirilən Azərbaycan isə bu telekanala qarşı ABŞ-ın federal məhkəməsində iddia qaldırdı
Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN media şirkətinə qarşı iddia qaldırıb. Məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir. Söhbət 2026-cı il iyunun 5-də CNN-in dərc etdiyi məqalədən gedir. Belə ki, həmin məqalədə Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının…
Read More »Dünya xəritəsində Mazandaran adlı göl yoxdur: Xəzərin adını dəyişməklə, tarixini dəyişmək mümkünsüzdür
“İranşəhri” adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi məsələsini qaldırıb. Belə ki, millətçi qruplaşma “Xəzərin tarixi adının bərpası tələbi” adlı kampaniyaya başlayıb. Aydın məsələdir ki, bu cəhd türk tarixini əks etdirən izlərin silinməsi və ya zəiflədilməsi meyli ilə bağlıdır. Ümumiyyətlə, İranda ilk dəfə deyil ki, Xəzər dənizinin adının…
Read More »Türkiyədən son dərəcə maraqlı ANONS – Azərbaycan və Ermənistan orduları…
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qafqaz ölkələri ilə “Məkkə sazişi” tipli sənədin imzalanmasının mümkünlüyü ilə bağlı açıqlaması ətrafında müzakirələr davam edir. Sitat: “Məsələn, Azərbaycanla Ermənistan yekun sülh sazişinə doğru irəliləyir və Ankara prosesi dəstəkləyir. Bu zaman təhlükəsizlik və iqtisadi perspektivlər yaranır. Zamanla Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına…
Read More »Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviyaya səfər edib. Səfər çərçivəsində o, həm Tripoli, həm də Benqazi şəhərlərində olub. H.Fidanın Benqaziyə gedərək illərdir Ankaranın əsas rəqiblərindən biri hesab olunan Xəlifə Haftarla görüşməsi xüsusilə diqqət çəkir. Məsələ ondadır ki, Türkiyə uzun müddət Liviyada əsas dayağını Tripolidəki Milli Birlik Hökumətində görürdü. Ankara…
Read More »Prezidentin Naxçıvan səfərinin şifrələri: Regionun xəritəsi dəyişir — İlham Əliyevin verdiyi önəmli mesajlar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvana səfər ediblər. Ölkə başçısı və birinci xanım Naxçıvanda bir sıra mühüm layihələrlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak ediblər. Prezidentin Naxçıvana səfər çərçivəsində verdiyi geniş müsahibə isə xüsusilə diqqət çəkir. Müsahibədə ilk məqam Naxçıvanın inkişafının təhlükəsizlik məsələsindən başladılmasıdır.…
Read More »Azərbaycana qarşı neqativ və qərəzli mövqe: İrandakı müəyyən dairələrin Bakı-Tehran əlaqələrinə vurduğu ciddi zərər — Gərginləşdirici ritorikalar, hədə-qorxular…
İranla Azərbaycan münasibətləri gərginlik üzərindən deyil, qarşılıqlı maraqlar və etimad əsasında qurulması həm Bakı, həm də Tehran üçün daha əlverişli perspektiv yaradır. İran Prezidenti Məsud Pezeşkian ölkəsinə tətbiq edilən blokada şəraitində regional diplomatiyanın və qonşu ölkələrin, xüsusilə Azərbaycanın rolunu vurğulayıb. Pezeşkian müharibə dövründə Azərbaycanın Tehrana göstərdiyi dəstəyi və logistik imkanları xüsusi…
Read More »Hərbi əməliyyatların ANONSU verildi – 14 ölkə müharibəyə qoşula bilər
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə hər hansı təcavüz aktlarına qarşı kollektiv çəkindirmənin gücləndirilməsinə yönəlmiş “Birgə müdafiə haqqında Məkkə sazişi”ni imzalayıblar. Pakistanın xarici işlər naziri sazişin konkret olaraq hansısa dövlətə qarşı yönəlmədiyini və “tamamilə müdafiə xarakterli” olduğunu vurğulayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bunu mahiyyət etibarilə NATO-nun 5-ci maddəsinə…
Read More »Vaşinqtondan başlayan yeni geosiyasi mərhələ: Əliyevin siyasi zəkası və 30 illik problemin həlli
2025-ci il avqustun 8-9-da Vaşinqtonda ABŞ lideri Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nokol Paşinyanla keçirdiyi görüş yalnız Cənubi Qafqazdakı proseslərə təsir etmədi. Bu, bütövlükdə dünya siyasətinə təsirini göstərmiş oldu. Əldə olunan razılaşmalardan və imzalanan mühüm sənədlərdən artıq bir il ötür. Ötən bir il həmin səfərin…
Read More »Ceyhun Bayramovun Ukrayna səfəri: Rəsmi Bakıdan xarici siyasətdə beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan mövqe nümayişi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya səfər edib. Səfər indiki məqamda xüsusi diqqət çəkir. Onun əhəmiyyətini artıran əsas məqam bundan əvvəl Ceyhun Bayramovun Moskvada yüksək səviyyəli görüşlər keçirməsidir. Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və rəsmi səviyyədə qarşılıqlı səfərlər həyata keçirməsi təbiidir. Azərbaycan uzun illərdir xarici…
Read More »









