Sərfəli mobil operator “Nar” Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi. Mobil operatorun mətbuat xidmətindən Arazpress.com-a daxil olan məlumata görə,  “Nar”ın insan resursları departamentinin mütəxəssisi tərəfindən keçirilən təlim son kurslarda təhsil alan tələbələrin işə qəbul prosesinə hazırlığını gücləndirmək və onların uğurlu karyera başlanğıcı üçün vacib olan praktiki bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.

Qeyd edək ki, “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyasının təhsil istiqaməti üzrə tərəfdaşlıq etdiyi yerli universitetlərdə tələbələr üçün həm peşə istiqamətlərində, həm də kommunikasiya bacarıqlarının inkişafı yönündə mütəmadi təlimlər həyata keçirir. Bu təlimlərin məqsədi gələcəyin peşəkar kadrlarının hazırlanması və yüksək rəqabətli əmək bazarında azərbaycanlı mütəxəssislərin üstünlüyü təmin etməkdir.

Təlim zamanı tələbələrə tərcümeyi-halın düzgün tərtibatı, işgüzar görüşlərə hazırlıq, müsahibə zamanı yol verilən səhvlər və stresin idarə olunması mövzuları əhatə edilib. İştirakçılara işəgötürənlərin gözləntilərini anlayaraq öz bacarıq və nailiyyətlərini uyğun şəkildə ifadə etmək və müsahibə zamanı yaranan həyəcanı nəzarətdə saxlamaq barədə tövsiyələr verilib.

“Nar”ın həyata keçirdiyi təhsilyönümlü KSM layihələri haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

araz.az xəbər portalı.