
“Reaksiya Media Group” 10 yaşını tamamlayıb. Arazpress.com xatırladır ki, 2 iyun 2015-ci il tarixdən fəaliyyətə başlayan Azərbaycanda, regionda və dünyada baş verən prosesləri tam tərəfsiz, özünəməxsus və hərtərəfli bir şəkildə tamaşaçılara çatdıran müstəqil media qurumudur.
Qeyd edək ki, “Reaksiya Media Group”un tərkibində hazırda “Reaksiya.az” informasiya portalı, “ReaksiyaTV” internet televiziyası və “Karabakh.Today” informasiya platforması fəaliyyət göstərir.
“Reaksiya Media Group”un təsisçi və baş direktoru tanınmış jurnalist Zaur Qəriboğludur.
“Araz” Media Qrupunun kollektivi adından “Reaksiya Media Group”un komandasını 10 illik yubileyləri münasibəti ilə təbrik edir, həmkarlarımıza yaradıcılıq uğurlar diləyirik.
araz.az xəbər portalı.