
İsrail bu dəqiqələrdə İranın bir çox şəhərlərinə şiddətli hacva zərbələri endirir. Artıq Tehranda yenidən partlayış səsləri eşidilir. İran hava hücumundan müdafiə sistemləri bütün gücü ilə işə salınıb.
Arazpress.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan “Tasnim” xəbər agentliyi təcili məlumat yayıb.
Bildirilib ki, paytaxt Tehranla yanaşı, Hörmüzqan, Kirmanşah, Qərbi Azərbaycan, Luristan və Xuzistan əyalətlərində də hava hücumundan müdafiə sistemləri işə salınıb.
İran Baş Qərargahının sözçüsü Əbülfəzl Şikarçi İsrailin İrana hücumu və İranın cavabı ilə bağlı açıqlama verib.
İran dövlət televiziyasına danışan sözçüsü bildirib ki, ali dini lideri Əli Xamneyinin dünənki bəyanatına qətiyyətlə əməl olunur:
“Biz günahkar sionist peşman olana qədər əməliyyatları davam etdirəcəyik”.
İranın Ali Milli Təhlükəsizlik Şurası da İsrailə cavabın davam etdirilməs” və ölkə daxilindəki hazırlıqları gücləndiirlməsi məqsədiylə iclas keçirib. Bildirilib ki, iclasda İsrailə daha sərt cavab tədbirləri masada müzakirə olunub və bəzi qərarlar qəbul edilib.
İRNA isə yazıb ki, İsrail Tehranın Mehrabad hava limanına da zərbə endirib:
“Hücum avtomobil avadanlığı binasının arxasındakı ərazini və döyüş təyyarələrinin anqar sahəsini olunub. Uçuş-enmə zolaqları, əsas binalar və hava limanı obyektlərinə heç bir ziyan dəyməyib”.
“Mehr” Xəbər Agentliyi İran İnqilabı Keşikçiləri Korpusunun keçirdiyi “Vəfalı Söz-3” əməliyyatı ilə bağlı ikinci yazılı açıqlama yayıb.
Açıqlamada İran raket bölmələrinin İsrailin hərbi bazaların, hərbi texnikanın istehsal olunduğu sənaye mərkəzlərinin və digər hərbi hədəfləri uğurla vurduğu iddia olunub:
“Peyk görüntüləri və kəşfiyyat onlarla ballistik raketin strateji hədəfləri uğurla sıradan çıxarmalarını təsdiq edən çəkilişlərə sahibdir. İsrail raket hücumunun qarşısını almağa cəhd etsə də, hücumu dalğalarına tam müqavimət göstərə bilməyib”.
İsrail ordusu radiosu isə İrandan atılan raketlərdən birinin Tel-Əvivdə İsrail Müdafiə Nazirliyinə çox yaxın əraziyə düşdüyünü və nəticədə yanğın baş verdiyini təsdiqləyib.
İsrail ordusunun radiosu həmçinin İrandan İsrailə doğru 150-dən çox raket atıldığını və hücumların üçüncü dalğasına qarşı hazırlıq görüldüyünü bildirib:
“İran bu zərbələrə görə peşman olacaq”.
araz.az xəbər portalı.