Tədqiqatçı jurnalist, yazıçı-şair, publisist, Azərbaycan İnformasiya Mərkəzinin direktoru Təbriz Vəfalıdan ölkə yazarlarına gözəl bir təklif gəlib. Artıq 150 yaşını tamamlayan mətbuatımıza aid himnin olmaması onu da narahat edib. Himnin sözlərini də diləyatımlı və anlaqlı tərzdə qələmə alıb. Qalıb media nümayəndələrinin reaksiyası və himnin bəstəçisini axtarmaq.

Arazpress.com Təbriz Vəfalının təklifini olduğu kimi dərc edir:

“Əziz həmkarlarım, hörmətli jurnalistlər!

150 illik Azərbaycan Milli Mətbuatının himni yoxdur. Bu boşluğu aradan qaldırmaq üçün “Jurnalist himni”nin sözləri məndən, şeirə mahnı bəstələtmək, oxutmaq və klip çəkdirmək sizdən. Klip üçün ideyanı da verə bilərəm. Media əhlimizə xeyirli-uğurlu olsun, inşallah.

JURNALİST HİMNİ

Qələmlər iti,
Qılıncdan kəskin.
Düzü düz yazar,
Əyrini əyri.

Nəqarət:

Jurnalistik biz,
Güclü orduyuq.
Dövlətə sadiq,
Xalqa bağlıyıq.

Vicdanın səsi,
Haqqın sədası.
Tüm cəmiyyətin
Parlaq aynası.

Nəqarət:

Jurnalistik biz,
Güclü orduyuq.
Dövlətə sadiq,
Xalqa bağlıyıq.

Milli mətbuat
Tanrıdan bir pay.
Zülmət gecəyə
Işıq saçan ay.

Nəqarət:

Jurnalistik biz,
Güclü orduyuq.
Dövlətə sadiq,
Xalqa bağlıyıq”.

araz.az xəbər portalı.