
Kosmetik vasitələr satışını həyata keçirən “Golden Rose” satdığı məhsulların qəbzində saxtakarlığa yol verir.
Arazpress.com xəbər verir ki, bu problemlə sözügedən mağazadan alış-veriş edən Günəş Səmədli adlı şikayətçi üzləşib. O bildirib ki, mağazanın verdiyi ƏDV qəbzlərinin üstündə bilərəkdən məhsulun adı yazılmır. Belə olduğu halda ƏDV yüklənmir.
“”Golden Rose” mağazalarında məhsulun qəbzini istəməyənə qədər özləri heç vaxt vermir. Bu dəfə məhsulla birgə qəbzi də paketin içinə tez atdığı üçün baxmadım, fikirləşdim ki, nə əcəb istəmədiyim halda verdilər qəbzi. Sən demə bu da yeni varinat imiş. Məhsulun adı yoxdur deyə ƏDV-si də yoxdur. Ayıb olsun. Alış-veriş edənlər bilsin deyə paylaşdım” — Günəş Səmədli narazıçılğını belə ifadə edir.
Qarşı tərəfi dinləməyə hazırıq. /Tribunainfo.az/
araz.az xəbər portalı.