
Bakının şimal-qərb səmasını bürümüş və Sumqayıtadək uzanıb gedən qara tüstünün səbəbi bilindi. Məlum oldu ki, “Sədərək” bazarında güclü yanğın başlayıb.
Arazpress.com xatırladır ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. FHN Mətbuat xidmətindən verilən xəbərə görə, hazırda yanğınla mübarizə tədbirləri davam edir. Əlavə məlumat veriləcək…
Sosial şəbəkələrdə isə yanğının qəsdən törədildiyi barədə məlumatlar paylaşılır. Belə ki, səbəb kimi bu bazarın yaxınlıqda yeni tikilmiş “Abşeron” ticarət mərkəzinə köçürülməsini göstərirlər. Yeni bazarda icarə haqlarının yüksək olmasına görə isə “Sədərək”də başını güclə dolandıran sahibkarların “Abşeron”a getmək istəməsi də ortadadır…
Yanğınla bağlı əlavə məlumat veriləcək.
araz.az xəbər portalı.