Bakının daha bir hissəsində evlər plana düşür – Sakinlərə minimum 2 min manat kompensasiya ödəniləcək

Bakının Yasamal rayonunda yeni söküntü prosesi həyata keçiriləcək. Burada yerləşən Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində yerləşən fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək.

Arazpress.com bildirir ki, hazırda həmin ərazilərdə inventarizasiya işləri aparılır. Bu proses tamamlandıqdan sonra söküləcək evlərin dəqiq sayı açıqlanacaq.

Planlaşdırmaya əsasən, söküntü işləri mərhələli şəkildə icra ediləcək. Əmlakı söküləcək sakinlərə minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Lakin evlərin dəyəri fərqli olduğundan, bu məbləğin də fərqli olması istisna edilmir. Kompensasiyanın dəqiq həcmi Maliyyə Nazirliyi tərəfindən müəyyən olunacaq.

“Biz 2 minə neyləyə bilərik?!” — deyən Yasamal sakinləri isə hədsiz narazılıqlarını ifadə edirlər. Bu barədə Arazpress.com geniş yazı hazırlayır. Bizi izləyin. 

araz.az xəbər portalı.