
Sumqayıtda ictimai sanitar qovşaqlarla bağlı əhəmiyyətli problemlərin olduğu hamıya məlumdur. Vətəndaşlar bildirirlər ki, bulvarda cəmi bir sanitar qovşaq var. Parlale olaraq isə, Heydər Əliyev parkı və Göyərçin abidəsi yaxınlığında mövcud olan sanitar qovşaqlar fəaliyyətsizdir. Lüdviqshafen parkında isə, ümumiyyətlə belə ictimai xidmət obyekti yoxdur.
Arazpress.com bildirir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı Sumqayit24.az-a açıqlama verib. Qurumdan bildirilib ki, son illər Sumqayıtda ictimai sanitar qovşaqların vəziyyətinin yaxşılaşdırılması və yeni obyektlərin istifadəyə verilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib:
“Gələcəkdə də mövcud qovşaqların bərpası və yeni sanitar qovşaqlarının quraşdırılması ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulub”.
araz.az xəbər portalı.