“Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya ekoloji postun yanında başlayırdı. Bu il sentyabrda isə az qala Mühəndislik Universitetinin yanında başlayır”.

Arazpress.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, şəhər ətrafında yaşayanlar üçün Bakıya getmək böyük problemdir.

”Binəqədi yolundan da keçmək mümkün deyil. İki aydır ki, yol qazılır, amma işlər heç cür başa çatdırılmır. Bir km yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədərmi çəkməlidir?”.

Deputat bildirib ki, nəqliyyat və yol ilə bağlı işlər görülür. Amma işlərin daha da sürətlənməsi və 24 saatlıq iş rejiminə keçilməsi lazımdır ki, layihələr daha tez bitsin.

“Düşünürəm ki, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”, – deyə, Razi Nurullayev qeyd edib.

araz.az xəbər portalı.