Ölkəmiz neçə illər idi ki, hər il kədərlə doğma yurd yerlərimizin işğal tarixlərini kədərlə qeyd edirdi. İndi şükür ki, bölgələrin işğaldan azad olunduğu günləri qeyd edirik. İndi növbə onlarındı. Anlasınlar ki, artıq “Artsax” dedikləri bir söz ömürlük arxivə göndərilib, bir daha geri qayıdan deyiı.

2 sentyabr! Həmin gün ermənilərin matəmə batdığı günlərdən biridir! Yəni, 35 il əvvəl Azərbaycanın əbədi və əzəli torpaqları rus və ermənilərin işğalı nəticəsində erməniləşdirilərək, qondarma “Artsax” respublikası elan edildi. Qeyri-qanuni separatçı rejim düz 29 il erməni lobbisi və ermənipərəst dünya güclərinin köməkliyi ilə bərqərar oldu!

Ermənilərin yaratdığı bütün mifləri Azərbaycan Ordusu 2020-çi ildə yerlə yeksan edərək, onların özlərinə və onları dəstəkləyən şər qüvvələrə böyük və əbədi bir travma yaratdı! Artıq 5 ildir ermənilər o travmanın təsiri ilə 2 sentyabrı özləri üçün matəm günü kimi yaşayırlar!

Yaşasın Azərbaycan Ordusu, yaşasın nur üzlü şəhidlərimizin əbədi xatirəsi, yaşasın qazilərimiz!

Əntiqə RƏŞİD ASLAN

araz.az xəbər portalı.