“Bu qurumun fəaliyyət göstərməsi ümumiyyətlə düzgün deyil. AYNA özünə və qaynanasına xidmət edən bir qurumdur”. 

Arazpress.com bildirir ki, bunu Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O bildirib ki, orada yığılan pulların hara getdiyi hələ heç kimə məlum deyil:

“Kimin kimdən xoşu gəlirsə, onun oğluna bir vəzifə verir, qızına bir vəzifə verir. Bu düzgün deyil. Xalq arasında çox böyük narazılıq var bununla bağlı. Harada maşını saxlayırsan, deyirlər 5 manat, 10 manat. Soruşmaq lazımdır ki, bu pullar hara gedir? 

Ona görə bu qurum ləğv edilməli, qurumun rəhbəri həbs edilməlidir. Yoxlanmalıdır ki, o pullar büdcəyə gedib, ya getməyib?”.

araz.az xəbər portalı.