Sumqayıtlı əkiz bacılar qəbul imtahanlarında 660 baldan çox toplayaraq, Tibb Universitetinə qəbul olublar. 

Arazpress.com xəbər verir ki, Sumqayıt Şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunları olan əkiz bacılar Məmmədli Ayan Zaur qızı Məmmədli Nigar Zaur qızı bu ilki qəbul imtahanlarında yüksək nəticə göstəriblər. Onların hər biri 660 baldan çox toplayaraq,  Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olublar.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da əkiz bacıları təbrik edib, onların bu uğurunun həm ailələri, həm də bütün Sumqayıt ictimaiyyəti üçün fəxr doğurduğunu bildirib. O, gələcək təhsillərində və həkimlik fəaliyyətlərində onlara yeni nailiyyətlər və uğurlar arzulayıb.

araz.az xəbər portalı.