Elmi Araşdırmalar İctimai Birliyi Qeyri — Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İrəvan: Hər daşı tarix” adlı layihəni həyata keçirir. Layihə çərçivəsində İrəvan şəhərinin tarixi irsini və mədəni dəyərlərini əks etdirən fotoalbom hazırlanacaq. Layihənin müddəti 3 ay təşkil edir.

Layihənin əsas məqsədi İrəvan şəhərinin tarixi irsini və mədəni dəyərlərini sənədləşdirərək, geniş ictimaiyyətə təqdim etmək, Azərbaycana məxsus itirilmiş irs haqqında məlumatlılığı artırmaqdır.

Fotoalbom vasitəsi ilə nəzərdə tutulanlar:

— İrəvanın Azərbaycan üçün tarixi-mədəni əhəmiyyətinin vurğulanması;
— İctimaiyyətin mədəni irsə həssaslığının gücləndirilməsi;
— Gələcək nəsillərdə tarixi irsə sahib çıxma duyğusunun möhkəmləndirilməsi;
— Azərbaycan irsinin dünyada tanıdılmasına töhfə verilməsi.

Layihə çərçivəsində hazırlanacaq fotoalbomun təqdimat mərasimi keçiriləcək və bu tədbirdə fotoalbom ictimaiyyətə nümayiş olunacaq.

Elmi Araşdırmalar İctimai Birliyi hesab edir ki, bu layihə həm ictimaiyyətin tarixi irs barədə məlumatını artıracaq, həm də Azərbaycan mədəniyyətinin zəngin dəyərlərinin dünyada tanıdılmasına xidmət edəcək.

araz.az xəbər portalı.