
“Neftçi” və milli komandanın xəmiri eyni yoğrulub, deyəsən.
Hər iki ünvanda baş məşqçi postu boşalan kimi Türkiyədən kiminsə adı hallanır.
Özü də elə təbliğat gedir ki, sanki məsələ bitib, qardaş ölkədən olan mütəxəssis Bakıda imza atmağa hazırlaşır.
“Ağ qaralar”ın adı Sərgən Yalçın və Abdulla Avcı ilə az çəkilməyib.
Amma heç bir halda bu təyinatlar baş tutmayıb.
İndi də yığmanın adı ətrafında Fatih Terim propaqandası aparılır.
Məlum məsələdir ki, təşviqat kampaniyasına elə Türkiyədə düymə basılıb.
Yerli mətbuat da bunun izi ilə gedir.
Axı, medianın gücü az deyil.
Zaman-zaman dövriyyəyə bu cür buraxılan adlar sonda xoş sonluqla bitib.
AFFA rəhbərliyi ayıq-sayıq olmalı, əsla bu cür çağırışları ciddi qəbul etməli deyil.
Bəli, Terim sıradan ad deyil.
Məşqçi kimi Türkiyədə öz möhürünü vurmuş biridir.
Amma bu gün sıradan baş məşqçi olduğu sirr deyil.
Təyinatı növbəti səhv addım olar. /SPORTinfo/
araz.az xəbər portalı.