
“Deyirlər ki, filankəs rüşvət alır. Vermə! Məktəbə aparıb müəllimə hədiyyə vermə!”.
Arazpress.com Primeinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Prime TV-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.
O, rüşvət alan müəllimlərlə yanaşı, rüşvət verən valideynləri də qınayıb. Bildirib ki, bu məsələdə valideynlərin də üzərinə böyük məsuliyyət düşür:
“Əgər 20 nəfər valideyn müəllimə hədiyyə verməsə, o verən şəxslər azlıqda qalacaq. Hər kəs o azlıqda qalanları qınayacaq. Yəni, bu prosesi valideynlər özləri yaradırlar”.
Təhsil sahəsindəki bir sıra problemlərdən söz açan A. Muradxanlı Təhsil Nazirliyinin fəaliyyətini də tənqid edib.
araz.az xəbər portalı.