
İndi də müxtəlif adda medal, diplom icad edənlərin, satanların, hətta onlardan bunları alanların bağışlanmaz günahları cəmiyyətin narahatlığına, başağrısına səbəb olur. Çox təəssüf ki, onlar təşkilat rəhbərləridir və antipod kimi təqdim olunurlar.
Artıq, gec də olsa, onlardan üçünün sərt şəkildə cəzalandırılacağı qaçılmazdır. Lakin özlərini “medalbaz”, “diplomşik” kimi tanıdan belə ünsürlərin sayı çoxdur. Buna görədir ki, ölkənin media vasitələrində və ayrı-ayrı media vasitələrinə bağlı sosial şəbəkələrdə başıboş adamlara diplom satmaqla qarın otaran belə təşkilat rəhbərləri barəsində də ağlasığmaz yazılar dərc olunur, fikir söylənir. Güman edilir ki, onları da ilişdirəcəklər. Çünki ölkənin bir çox kafeləri, restoranları, bərbərxanaları, mağazaları belə onların təsis etdikləri bu “qiymətsiz mükafatlarla” təltif olunur, xüsusi dizaynlı təqdimat görüntüləri onların bəzək-düzəyinə çevrilir.
Barəsində yazılan və fikir söylənən belə təşkilatlardan biri də, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatıdır. Arazpress.com-dakı bu mövzulu bir yazıda da bu təşkilatın sədri, sabiq polkovnik Cəlil Xəlilov haqqında fikir söylənib. Və dərhal onun redaksiyamıza zəngi daxil olub. Xüsusi olaraq onu vurğulayıb ki, o, bu təşkilatın sədri olandan bəri, bu qurum adından nə orden, nə medal, nə də ki diplom təsis edilir — Əvvəllər belə hallar olsa da.
Cəlil Xəlilov səmimi sözlər ifadəsi olan etirazını bizə çatdırmaqla onu da bildirdi ki, rəhbəri olandan bu təşkilatın xəttiylə olduqca vacib, önəmli və səmərəli tədbirlər həyata keçirilir. Özünün barəsində qələmə alınan yazılarda isə, o, dövlətinə, millətinə və xalqına bağlı bir Vətən oğlu kimi qələmə verilir.
Cəlil Xəlilovun dediklərinə etiraz etmir və təkzib əvəzi verdiyimiz bu yazımıza onun göndərdiyi yazıların linkini və statusları da əlavə edirik. Oxuyub, nəticəsini dəyərli oxucularımızın özlərinin çıxaracağına şübhə etmirik:
https://azertag.az/xeber/azerbaycan___muharibenin_qalibi_sulhun_muellifi_movzusunda_konfrans_kechirilib-3789819
— https://zefernews.az/2025/10/09/pamirden-baslanan-xidmet-serefle-yasanan-omur/
— https://redaktor.az/news/actual/298259-pamirden-baslanan-xidmet
https://www.facebook.com/100000631040121/posts/pfbid0axA5d1JEd73ykfYWfqLBR6YbEHomaub2jEiG38NrL5tgrDdNvqiyCydd1rTJ5WqPl/?app=fbl
— Respublika Veteranları Təşkilatı:
“Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının tanınmış simalarından biridir. O, Əfqanıstan və Qarabağ veteranıdır. Bundan başqa alimdir, çoxlu sayda kitabların müəllifidir. Respublika Veteranlar Təşkilatında uzun müddətdir sədr müavini, keçən ilin sentyabrından sədr vəzifəsində çalışır. Ola bilsin hər hansi veteran təşkilatı medal alveri ilə məşğul olursa bunun Respublika Veteranlar Təşkilatına və şəxsən polkovnik Cəlil Xəlilova aidiyyəti yoxdur. O, xalqını sevən bir ziyalıdır. Onun tez-tez mətbuatda çıxışları buna sübutdur. Əfsuslar olsun ki, sosial şəbəkələrdə çox vaxt xalqımızın dəyərli insanlarını gözdən salmaq üçün bu cür həqiqəti əks etdirməyən materiallar yerləşdirilir. Bu Respublika Veteranlar Təşkilatının veteranlarını hiddətlədirir. Qeyd olunan material qərəzlidir və həqiqəti əks etdirmir”.
— 
araz.az xəbər portalı.