87 yaş: 86 il şad xürrəm, ərəb əmirləri kimi həyat yaşa! Son 30 ildə istədiyini et, istədiyini kəs at, istədiyini yüksəlt, yaxşıların belini qir, yamanları qarşında qul et…

Cəmi 4 ay ev dustaqlığı!

Evdə kresloda yayxan, ya da çarpayıda yumşaq yastığa söykən, əlində pult, qarşısında xidmətçilər, altında milyonlar, süfrəsində naz – nemət, üzündə təbəssüm, qəlbində xalqa nifrət! Yaşa, kef elə!

2008-ci ildə Azərbaycan “İstiqlal” ordeni və eyni ildə Rusiya “Dostluq” ordeni, 2011- ci ildə Polşa Polşa Milli Təhlükəsizlik (?) Bürosunun xatirə medalı, 2013-də Azərbaycanın “Şərəf” 2018-də “Şöhrət” ordenləri, 2018-ci ildə Rusiyanın “Şərəf” ordeni, 2019-da Azərbaycanın “Heydər Əliyev” ordeni, 2021-ci ildə Nizami Gəncəvi adına Qızıl medalı…

Dünya düzəlmir ki, düzəlmir baba!

Əntiqə RƏŞİD

araz.az xəbər portalı.