
Uzun illər yüksək vəzifələrdə çalışmış, 25 il Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı tədbiri seçilib.
O, dövlətə xəyanət (maddə 274), hakimiyyəti zorla ələ keçirmə və ya saxlama (maddə 278) və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (maddə 193-1) ittihamları ilə məsuliyyətə cəlb olunub.
Ölkə mətbuatı onun qiyməti milyardlarla ölçülən mal-mülklərini də üzə çıxarıb. Arazpress.com da, Ramiz Mehdiyevin əmlak siyahısının qısaldılmış xülasəsini təqdim edir:
— Torpaq sahələri: Novxanıda 155 ha, Goranboyun Xınalı kəndində 50 ha, ümumilikdə 216 ha kənd təsərrüfatı torpağı;
— Maştağada torpaq sahələri: Qalina Mehdiyevanın adına 892 sot, Kamilə Əliyevanın adına 240 sot.
— Şirkətləri və media subyektləri:
Gəlini Nigar Mehdiyevanın adına “Digital Media” MMC və “Medya FM” radiosu;
— Daşınmaz əmlak və şirkətləri: Kamilə Əliyevaya məxsus İstiqlaliyyət, 11 ünvanında “İnfonet” və “Caspian Telekom”. Dilarə Əliyevaya məxsus 251A — “Topaz” və “Qala-R.L” MTK, “NLT” və “Premium Store” MMC.
Əlavə: “Servis”, “Grand Palace”, “Astoriya”, “German Hospital”, “Qrandezza” (5 000 m²);
— Bank sektoru: “Bank BTB”nin 75%-i Mehdiyev ailəsinə məxsusdur (kapital — 50 milyon manat).
— Tikinti və nəşriyyat: “Şərq-Qərb” kompleksi — Əhmədli, 16 mərtəbəli 408 mənzilli bina, əlavə bir yaşayış kompleksi;
— Ticarət və daşınmaz əmlak: “Sədərək” və “Binə” ticarət mərkəzlərində pay sahələri. Üstəlik Tbilisi prospektində 36 sotluq villa (8 milyon dollar);
— Göyçay, Şamaxı və Göygöl ərazilərində çoxsaylı qiymətli villalar.
araz.az xəbər portalı.