“Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri ilə bağlı səsvermədə çox az vətəndaş iştirak edib. Kipr türklüyün taleyini bu nəticə ilə təmsil edə bilməz”.

Arazpress.com xəbər verir ki, hamıda maraq doğuran bu sözləri Türkiyənin Millətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ŞKTC-də prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.

MHP rəhbəri bildirib ki, ŞKTC parlamenti təcili toplanmalıdır:

“Seçki nəticələri qəbul edilməməli və Türkiyəyə birləşmə ilə bağlı qərar qəbul edilməlidir”.

Qeyd edək ki, Kiprdə baş tutan prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Ərhürman qələbə qazanıb.

araz.az xəbər portalı.