
Bəzən millətin inkişaf səviyyəsini təhsilə, texnologiyaya və ya mədəniyyətə görə ölçürlər. Amma bir başqa göstərici də var – istehlak davranışı, yəni insanın nəyə necə pul xərclədiyi.
Bu gün dünyanın bir çox yerində bahalı telefon, geyim, avtomobil və aksessuar sanki həyatın məqsədinə çevrilib. Reklam və sosial media “kim daha varlı görünürsə, o daha dəyərlidir” kimi saxta bir dəyər formalaşdırıb.
Bəzi xalqlar bu təsirə daha çox düşür. Məsələn:
— Ərəblər – sərvət içində olsalar da, “göstəriş” onların mədəni koduna çevrilib;
— Amerikalılar – kreditlə xoşbəxtlik yaşayan, “istehlak cəmiyyəti” anlayışının müəllifləridir;
— Türklər – marka sevgisi və “imaj”a həssaslıq bəzən reallığı kölgədə qoyur;
— Ruslar – görünüş və statusa önəm vermək, xüsusən gənclər arasında geniş yayılıb;
— Azərbaycanlılar – çox vaxt gəlir səviyyəsindən asılı olmayaraq, “bahalı görünmək” ehtiyacı üstün gəlir. Telefon, paltar, maşın… Hər şeyin ən yenisi, ən bahalısı. Hətta bəzən bu, sosial status və hörmət ölçüsünə çevrilir.
Sosioloji baxımdan bu davranış “istehlak kompleksinin” nəticəsidir. İnsan özünü dəyərli hiss etmək üçün xarici əlamətlərə — markalara, əşyaya, görünüşə sığınır. Halbuki, dəyər bilikdə, əxlaqda, şəxsiyyətdə və zövqdə gizlidir.
Sizcə, bu reallıqda ən loğva millət hansıdır? Yoxsa, bu, artıq qlobal bir problemə çevrilib?


Rafail EMİNOV
araz.az xəbər portalı.