
Strasburqda keçirilən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 49-cu sessiyasında Azərbaycanın da təmsil olunduğu barədə ölkə mətbuatı geniş məlumatlar yayır.
Məlumatlara görə, bu beynəlxalq tədbirdə iştirak edən ölkəmizin nümayəndə heyətinin tərkibində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M. Ə. Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Nərimanov Bələdiyyəsinin üzvü Samirə Hüseynova və ABMA-nın məsul əməkdaşı Rövşən Məmmədov yer alıblar.
Sessiya çərçivəsində Konqresin “Avropada yerli özünüidarənin təşviqinin dörd onilliyi: Avropa Xartiyasının 40 ili” mövzulu cari sessiyasının ilk günündə yeni üzvlərin etimadnamələri təsdiq olunub və eləcə də, Avropa Şurasının Baş katibi Alen Bersenin bəyanatı dinlənilib. Baş katib çıxışında Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sonlandırılan münaqişə və hazırda gedən sülh prosesindən məmnun olduğunu ifadə edib. O, bu xüsusda, hər iki ölkə liderinin səylərini təqdir edib.



Arazpress.com-un əldə etdiyi məlumata görə, Konqresin sessiyasında əslən Qərbi Azərbaycandan olan Təmraz Tağıyev də çıxış edib . Onun çıxışı çox gərgin vəziyyətdə keçib. Ona ermənilər tərəfindən təzyiqlər olub, hətta çıxışını kəsmək də istəyiblər. Lakin Təmraz Tağıyev əlavə vaxt alaraq, çəkinmədən sona qədər öz sözünü deyib. Ermənilərin iç üzünü açaraq, onların qəddarlığını, etnik təmizləmə apardıqlarını, çoxlu sayda insanlara, ələlxüsus uşaqlara və qocalara vəhşiliklə işgəncə verərək, qətlə yetirdiklərini və 200 min nəfərdən çox azərbaycanlını zorla öz dədə-baba yurdlarından çıxardıqlarını Parlament üzvlərinin və toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Onu da qeyd edək ki, bu önəmli Konqresin 49-cu sessiyası gündəlikdəki məsələlərlə bağlı maraqlı müzakirə və çıxışlarla davam edir.
Təmraz Tağıyevin çıxışlarının videogörüntülərinin linklərini də oxucularımızın diqqətinə çatdırırıq:
https://www.facebook.com/nureddin.al.yev/videos/1705546143252705/?mibextid=rS40aB7S9Ucbxw6v
https://www.facebook.com/nureddin.al.yev/videos/742673524433304/?mibextid=rS40aB7S9Ucbxw6v
Fərhad MƏMMƏDOV
araz.az xəbər portalı.