
Binəqədi Rayon Məhkəməsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunan hakim Aygün Qurbanovanın buradakı səlahiyyət müddəti artırılmayıb.
Arazpress.com Gununsesi.info-nun əldə etdiyi xəbərə əsasən bildirir ki, Aygün Qurbanova ilə yanaşı, digər rayon məhkəmələrindən hakim çatışmamazlığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunan hakimlərin səlahiyyət müddəti daha 1 il artırılıb.
Aygün Qurbanovaya gəlincə, Gununsesi.info maraqlı məlumat əldə edib.
Məlumata görə, Aygün Qurbanova ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində ən çox bəraət verən hakim olub.
“Onun səlahiyyət müddətinin artırılmaması isə özünün təəccübünə səbəb olub”, — deyə, mənbə bildirib.
İddialara görə, Aygün Qurbanovanın səlahiyyət müddətinin artırılmamasına əsas səbəb də onun çıxardığı bəraət hökmləri olub.
araz.az xəbər portalı.