“Gündəlik Bakı” qəzetinin həbsdə olan təsisçisi və Baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Arazpress.com APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə Habil Vəliyev kassasiya şikayətini geri götüməklə bağlı müraciət edib.

Məhkəmə müraciəti təmin edib.

Xatırladaq ki, Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 1 il azaldıb. Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Habil Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

araz.az xəbər portalı.