
“Qarabağ münaqişəsi yalnız Ermənistanın dövlətçiliyinin itirilməsi ilə başa çatmalı idi“.
Arazpress.com bildirir ki, bu barədə Ermənistanın Baş naziri Paşinyan bunu özünün Facebook səhifəsində yazıb.
O qeyd edib ki, Qarabağ məsələsi müəyyən qüvvələr tərəfindən istifadə olunub:
“Robert Koçaryanın və Serj Sarksiyanın son günlərdə verdiyi açıqlamalar bir daha təsdiqləyir ki, müəyyən qüvvələrin əlində olan Qarabağ məsələsi Ermənistanı “ağaca” bağlamaq üçün bir ip kimi istifadə edilib”.
Paşinyanın fikrincə, “xalqların hüququ”, “tarixi ədalət” və s. oxşar terminlər əsas məqsədə çatmaq üçün sadəcə bir “duman pərdəsi” idi.
“Bütün danışıqlar prosesləri və “müharibəni dayandırmaq üçün təkliflər” bu “ipi” qısaltmağa yönəlmişdi. İlin sonuna qədər danışıqlar sənədləri dərc olunacaq və bu, daha aydın olacaq. “İpi qısaltmaq” prosesinin son məqsədi Ermənistan dövlətçiliyinin ləğvi idi. Bu ssenaridə Qarabağ münaqişəsi yalnız Ermənistanın dövlətçiliyinin itirilməsi ilə başa çatmalı idi”-deyə Baş nazir qeyd edib.
Onun sözlərinə görə, Ermənistan intuisiyası sayəsində bu ssenaridən kənara çıxa bildi. “Koçaryan və Sərkisyan əvvəlki “Lenin, Partiya, Qorbaçov” şüarı altında və çox güman ki, DTK pərdəsi altında yazılmış və həyata keçirilmiş ssenariyə qayıtmağı təklif edirlər”.
Paşinyan Qarabağdan olan ermənilərələ bağlı yazıb ki, onlar Ermənistanda özlərinə sığınacaq tapmalıdır. Hökumət bu, genişmiqyaslı, mürəkkəb və resurs tələb edən bir proqramın həyata keçirilməsini davam etdirəcək. /AzPost.az/
araz.az xəbər portalı.