
“Səs” qəzeti tamamilə bağlanmır, həftədə bir dəfə çap olunacaq. Arazpress.com bildirir ki, qəzetin Baş redaktoru Bəhruz Quliyev mətbuata yeni qərar barədə məlumat verib.
Onun sözlərinə görə, heyətlə keçirilən növbəti iclasda restrukturuzasiya, optimallaşma işləri və texniki məsələlər müzakirə olunub və belə qərara gəlinib. Daha doğrusu, Medianın İnkişafı Agentliyinin (MEDİA) çap media subyektlərinə dəstək üçün müsabiqə çərçivəsində qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirməsi barədə qərarı 35 illik kollektivlə müzakirə edilib.
“Qəzetin bazasında SƏS Media Qrupu yaranıb. Qəzet uzun illər dövlətin ideoloji əsaslarının yaradılmasında iştirak edib və Ulu Öndər Heydər Əliyevin yolundan dönmədən vuruşub. Maddi çətinliyimiz olduğuna görə işimiz rentabelli olmayacaqdı. Bu səbəbdən, kollektivin yarısı ilə vidalaşmağa məcbur olduq. Dövlətçiliyə xidmət etmiş əməkdaşlarımızla sağollaşmaq çox ağırdır” — Bəhruz Quliyev əlavə edib.
araz.az xəbər portalı.