Ölkə mətbuatının verdiyi xəbərə görə, Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Nəsimi rayonunun icra başçısı vəzifəsinə təyin olunub.

Arazpress.com Unikal.az-a istinadən xəbər verir ki, E. İbrahimov Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş məşhur şəxsin — Xəlfə İbrahimovun nəvəsidir.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Elxan İbrahimov 2022-ci ildə Kürdəmirin icra başçısı vəzifəsinə gətirilmişdi. Həmin təyinatadək o, Şamaxının icra başçısının müavini işləyirdi.

araz.az xəbər portalı.